525.Az

ABŞ prezidenti ənənəvi 24 aprel açıqlaması ilə çıxış edib

[24.04.14]
ABŞ prezidenti ənənəvi 24 aprel açıqlaması ilə çıxış edib<b style="color:red"></b> ABŞ prezidenti Barak Obama 24 aprel - ermənilərin uydurma “erməni soyqırımı”nın növbəti ildönümü kimi qeyd etdikləri tarixlə bağlı ənənəvi açıqlama ilə çıxış edib. APA-nın xəbərinə görə, B. Obama ötən illərdə olduğu kimi, 1915-ci il hadisələrini yenə “soyqırım” adlandırmayıb. O, ermənicə “böyük fəlakət” mənasını verən “Meds yegern” kəlməsindən istifadə edib.
 
ABŞ prezidenti 99 il əvvəl, Osmanlı İmperiyasının son günlərində 1,5 milyon erməninin qətlə yetirildiyini və “ölüm yürüşü”nə məcbur edildiyini bildirib. O, 1915-ci il hadisələrinə baxışının dəyişmədiyini və mövqeyini dəfələrlə ifadə etdiyini xatırladaraq bəyan edib ki, həqiqətlərin tam, dürüst və ədalətli şəkildə qəbul edilməsi hər kəs üçün yararlıdır.
 
Qeyd edək ki, Birinci Dünya müharibəsi zamanı Türkiyənin şərq vilayətlərində ermənilər xarici qüvvələrin təhriki ilə Osmanlı dövlətinə qarşı silahlı üsyan qaldırıblar. Silahlı erməni dəstələri yerli hakimiyyət nümayəndələrinə, dinc əhaliyə hücumlar edərək kütləvi qırğınlar törədiblər, infrastrukturu məhv etməyə çalışıblar. Müharibə gedərkən dövlətə arxadan vurulan bu zərbəni neytrallaşdırmaq üçün Osmanlı hökuməti erməni əhalinin imperiyanın ucqarlarına (indiki Suriya və Livan ərazilərinə) köçürülməsi barədə qərar qəbul edib. Köç zamanı epidemiyalar, xəstəliklər və quldurların qarət məqsədilə etdikləri basqınlar nəticəsində yolda çoxlu sayda erməni ölüb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.