525.Az

Prokurorluq orqanlarının səlahiyyətləri azaldılır

[24.04.14]
Prokurorluq orqanlarının səlahiyyətləri azaldılır<b style="color:red"></b>

Azərbaycanda prokurorluq orqanlarının səlahiyyətləri azaldılır.

Milli Məclisdən APA-ya verilən məlumata görə, Cinayət-Prosessual Məcəllənin 215-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, cinayət işi üzrə prokurorluq tərəfindən aparılan ibtidai istintaqların sayı azaldılır.
 
Belə ki, Cinayət Məcəlləsinin 163 (Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma) və 164-cü (Hamilə qadının və ya himayəsində üç yaşınadək uşağı olan qadının, üç yaşınadək uşağını təkbaşına böyüdən kişinin əmək hüquqlarını pozma) maddələri üzrə ibtidai istintaqın aparılması prokurorluq orqanlarından alınır.
 
Qeyd edək ki, hazırda Cinayət Məcəlləsinin 100-113, 120-125, 126.3, 135-138, 145, 146, 149, 154-164, 165.2, 165-2, 165-3, 166.2, 167-168, 169-1, 179, 189-1, 190, 191, 193-1, 195, 195-1, 202 - 203-1, 208, 210-212, 222, 223, 262, 268, 286-288, 290-302, 304, 307-315, 316-2.1, 317, 317-1.2, 318-1, 321, 323-cü maddələri üzrə ibtidai istintaq prokurorluq orqanları tərəfindən aparılır.
 
İbtidai istintaqın aparılması ilə bağlı prokurorluğun səlahiyyətinə daha bir dəyişiklik də edilir. Belə ki, cinayət işinin prokurorluqda başlanması baş verdiyi halda prokurorluq Cinayət Məcəlləsinin 162-1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi üzrə ibtidai istintaqı apara biləcək.
 
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 2-də müzakirəyə çıxarılacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.