525.Az

AMEA narkotik asılılığın müalicəsi üçün yeni metod hazırlayıb

[24.04.14]
AMEA narkotik asılılığın müalicəsi üçün yeni metod hazırlayıb<b style="color:red"></b> Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) fəaliyyət göstərən tədqiqat institutlarının əməkdaşlarından ibarət İşçi Qrup tərəfindən aparılan elmi tədqiqatlar nəticəsində respublika ərazisində rast gəlinməyən və kənardan gətirilən qeyri-ənənəvi narkoxassəli bitkilərin becərilməsi aşkar edilməyib.
 
APA-nın verdiyi məlumata görə, bu, Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən hazırlanan “Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində 2013-cü il üçün ölkə məruzəsi”ndə əksini tapıb.
 
AMEA-nın müvafiq institutlarında narkotik asılılığın müalicə olunması üçün araşdırmalar davam etdirilib, yeni metod işlənilib və hazırda canlı orqanizmlərdə təcrübə müayinələrindən keçirilir.
 
Bununla yanaşı, AMEA tərəfindən ilk dəfə respublika üzrə narkotik vasitələrin yayılma arealını əks etdirən xəritə hazırlanıb, xidməti istifadə üçün aidiyyəti qurumlara göndərilib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.