525.Az

Növbəti sınaq imtahanlarının nəticələri açıqlanıb

[24.04.14]
Növbəti sınaq imtahanlarının nəticələri açıqlanıb<b style="color:red"></b> Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 6-da abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə keçirilən növbəti sınaq imtahanlarının nəticələrini açıqlayıb.
 
APA-nın xəbərinə görə, sınaq imtahanları respublikanın 24 şəhər və rayonunda keçirilib. İmtahanda iştirak etmək üçün respublika üzrə abituriyentlərə 49066 qeydiyyatdan keçib.
 
Qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavr səviyyəsi üzrə sınaq imtahanlarının aprelin 6-dan iyunun 1-dək keçirilməsi nəzərdə tutulur. Bu müddətdə ümumilikdə 6 sınaq imtahanı keçiriləcək ki, onların 4-ü yeni, 2-si isə təkrar olacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.