525.Az

Onu yaxşı əməlləri yaşadır

[01.04.14]
Onu yaxşı əməlləri yaşadır<b style="color:red"></b>

Azərbaycan Respublikasının əməkdar jurnalisti,
"
Qızıl qələm" mükafatı laureatı,
Azərbaycan Yazıçılar Birliyinin üzvü  

"Dünyada insan üçün ən böyük ləzzət yaxşı ad qoyub getməkdir ki, belə bir adı ancaq yaxşı əməllərin müqabilində əldə etmək olar"  
M. F. Axundov

İsa
Axundov mənim həmkəndlim, qohumum həm dostum idi. O, 1941-ci ildə Azərbaycanın dilbər güşəsi olan Ağdam rayonunun axarlı-baxarlı kəndlərindən biri olan Novruzlu kəndində dünyaya göz açmış, mənalı ziyalı ömrü yaşamış, tanınmış istedadlı jurnalist səviyyəsinə qalxmışdı. Doğulduğu gündən o, evlərini qonaqlı-qaralı görmüş, varlı-hallı bir ailədə böyüyüb boy atmışdı. Atası Ağaəli kişi kəndimizin ən nüfuzlu, sayılıb-seçilən ağsaqqallarından biri idi. Baramaçılıqla arıçılıqla məşğul olurdu. Baramaçılıqda qazandığı müvəffəqiyyətlərinə görə atamın kolxoz sədri olduğu Qara İlyasov adına kolxoza 1948-ci ildə respublikanın keçici qırmızı bayrağı veriləndə bir neçə qabaqcıl kolxozçu orden medallara layiq görülmüş, SSRİ XTNS  göndərilmişlər. Onlardan biri Ağaəli kişi idi. Onun oğlanları - Musa İsa peşəkar jurnalist idilər. Qardaşı isə uzun müddət Bakıda prokuror vəzifəsində çalışmışdı.

İsa Axundov kənd orta məktəbini bitirdikdən sonra, indiki BDU-nun jurnalistika fakültəsinə daxil olmuşdur. İlk jurnalist fəaliyyətinə Zaqatalada çıxan rayon qəzetində başlamışdı. O, dəyərli yazıları ilə bu qəzetə yeni nəfəs gətirmişdi. Lakin jurnalistlik fəaliyyətini geniş miqyasda davam etdirmək məqsədi ilə Azərbaycan radiosunun Qarabağ zonası üzrə xüsusi müxbiri vəzifəsinə keçmişdir. O, dağlar gözəli, Qarabağın tacı, "Qafqazın konservatoriyası" adlanan Şuşada yazıb-yaratmış , çoxlu dəyərli reportajları ilə şan-şöhrət qazanmışdır. O, "Kommunist" qəzetinin bölgə müxbiri, tanınmış  jurnalist, dostumuz Tahir Məmmədovla "Şuşa" qəzeti redaksiyasında bir otaqda işləyirdi. Yay aylarında mən Şuşaya gedəndə onlarla tez-tez görüşər, söhbətləşərdik. Onların hər ikisi mənim üçün əziz idilər. Cıdır düzündə, Şuşanın görməli yerlərində gəzdiyimiz günləri indi yaxşı xatırlayıram.

Mən  Azərbaycan KP Ağdam Rayon Komitəsində təbliğat təşviqat şöbə müdiri işləyəndə , "Lenin yolu" - "Ağdam" qəzetinin redaktoru olanda da Ağdam Dövlət Dram Teatrının bədii şurasının üzvü idim. Bir gün şuraya gələndə İsa Axundovla burada görüşdüm, öyrəndim ki, o burada bədii hissə müdiri vəzifəsində işləyir, hətta bəzi tamaşalara bədii quruluş da verir. Amma söhbətlərimizdən onu da anladım ki, bu vəzifə heç  onun ürəyincə deyil, o qəzetdə çalışmaq arzusunda olduğunu mənə bildirdi. Belə yerdə Cəlil Məmmədquluzadənin bir sözü yadıma düşdü: " Qələmin müqəddəs vəzifəsi millətin xoşbəxtliyi yolunda xidmət göstərməkdir."

Etiraf edim ki, qəzetimizdə İsa müəllim kimi jurnalistlərə ehtiyac vardı. Lakin boş yer olmadığı üçün İsa müəllimin arzusunu reallaşdırmaq bir o qədər asan deyildi.  Amma necə deyərlər onun bəxti gətirmişdi, qəzetin kənd təsərrüfatı şöbəsinin müdiri başqa işə keçdiyinə görə şərait yarandı mən İsa müəllimi həmin şöbəyə müdir təyin etdim. Sözün düzünü deyim ki, o, bu vəzifədə yaxşı işlədi, əlindən gələni əsirgəmədi. İsa müəllim Azərbaycan dilini gözəl bilir, işə səriştəli yanaşırdı. Onda məsuliyyət hissi güclü idi. Hər gün yaşadığı Novruzlu kəndinə gedib-gəlməsinə baxmayaraq hamıdan tez işdə olardı. Səriştəli jurnalist olmasını nəzərə alaraq onu qəzetin məsul katibi vəzifəsinə keçirtdim. Bu da öz səmərəsini verdi. Redaksiyanın işinin planlaşdırılmasında, qəzetin maketinin tərtibatında, şöbələr arasında lazımi əlaqələrin yaranmasında, qəzetimizin daha məzmunlu, oxunaqlı, operativ, obyektiv, təsirli, üslub orfoqrafik cəhətdən daha səlist işıq üzü görməsində  dönüş yarandı. Qəzetin "letuçkası"na, oxucu konfraslarına diqqət artırıldı.

Qəzetin yüksək səviyyədə səlist şəkildə hazırlanıb çapa verilməsi  sahəsində çətinliklər var idi. Bu mühüm işi etibar etdiyim çox az adam vardı. F. Stoynheymin bir sözünü yada salmaq istərdim. O, demişdir: "Qəzetə yazı yazmaq adamdan böyük savad tələb etmir, ancaq qəzeti oxumaq üçün gərək adamın müəyyən savadı səviyyəsi olsun."  Bax, bu sahədə İsa müəllim mənim ən yaxın köməkçim oldu. 

Bildiyimiz kimi jurnalist üçün əsas qanun  - onun vicdanıdır. İsa müəllim vicdanlı jurnalist idi. O, hər bir şöbədən, hər bir yazardan tələb edirdi ki, hazırladıqları materiallarda faktların dəqiq dürüstlüyünə, insanların şərəf ləyaqətinə  hörmət prinsipinə ciddi riayət etsinlər. Bu onun başlıca amalı idi. Demək olar ki, müvəffəqiyyətlərimiz üçün, baş verən yenilikləri oxuculara çatdırmaq üçün ömrünü şam tək əridər bu yolda yorulmadan çalışardı.

Məlumdur ki, oxucuların ideya-siyasi, mənəvi-əxlaqi səviyyəsində mətbuatın rolu böyükdür. Xüsusi ilə qəzet  qüdrətli vasitə, kəsərli silahdır. Buna görə biz qəzeti kütlələrin əsl tribunasına çevirmək üçün fəhlə-kəndli müxbirləri, jurnalistlikaya həvəsi olan gəncləri ətrafımıza toplamaqla daha oxunaqlı qəzet çıxarılmasına nail olmuşduq. Məhz bunun nəticəsi idi ki,qəzetimiz 1986- ildə Bakı oxucularının qonağı olmuşdur MK tərəfindən yüksək qiymətləndirilmişdir.

Məlum hadisələrdən sonra İsa Axundov 1993- ilin əvvəllərində başqa işə keçdi. O, Azər. TAC -ın Qarabağ üzrə xüsusi müxbiri kimi fəaliyyətə başladı. Bu dəfə o, öz kəsərli qələmini Bərdədə sınamalı oldu. Təsadüf elə gətirdi ki, mənfur qonşularımız olan ermənilər onların havadarları tərəfindən Ağdam  işğal olunduqdan sonra Nazirlər Kabinetinin qərarına əsasən qəzeti Bərdədə çıxartmalı oldum. İş yerim İsa müəllimin otağına yaxın idi. Demək olar ki, biz hər gün görüşürdük, hal-əhval tuturduq. İstirahət vaxtlarımızda Xəqaninin çayxanasında görüşərdik. Bəzən burada ətrafımıza o qədər ağdamlılar toplaşırdı ki, özümüzü sanki Ağdamda hiss edirdik.  Torpaqlarımızın işğalı hamımıza olduğu kimi İsa müəllimə pis təsir etmişdir, o ürəyindən şikayətlənirdi...

Mən 1998-ci ildə işdən azad olub Bakı şəhərinə gəldim. Məcburi köçkün kimi burada məskunlaşdım. "Azərtayms" qəzetində baş redaktorun birinci müavini kimi fəalliyətə başladım. Burada mətbuatımızın çoxlu korifey, flaqman jurnalistləri ilə dostlaşdım. Onlar mənim 70 illiyimi öz qəzet jurnallarında təbrik edərək geniş işıqlandırmışlar. Bu barədə qəzetlərdən məlumat alan İsa müəllim "Ağdam" qəzetində mənim barəmdə "70 yaş nədir ki..." sərlövhəli yazı dərc etdirmişdi. İstərdim ki, onun yazısından bir neçə sətri sizə xatırladım: "20 ildən çox müddətdə Ağdamda çıxan "Lenin yolu"-"Ağdam" qəzetinin redaktoru olub. Az bir vaxtda maraqlı yazıları ilə oxucuların dərin hörmətini qazanıb. Vaxtaşırı ölkə mətbuatında publisistik yazıları ilə çıxış edib. Belə yazıların sayı yüzlərlədir.

Bir redaktor kimi müsbət keyfiyyətləri ilə başqalarından fərqlənib, seçilib. Obyektivlik, qərəzsizlik, vicdanlılıq onu sevilən qələm, hörmət-izzət sahibi edib, ucaldıb..." . Baxın, bu sözləri  ancaq əsl dost, qızıl söz - dərin hikmət sahibi yaza bilər. Paxıllıq İsa müəllimə yad idi.

İsa müəllim əsl dost idi. Hər adama da dost deməzdi. İmam Sadiq(ə) buyurub:  "Üç dəfə sınaqdan keçirməmiş heç kimlə dost olma." O, bu hədisi təkrar etməyi sevirdi. Allah-taala ona uca boy-buxun vermişdi, yaxşı dil qabiliyyəti vardı, şirin söhbətləri ilə hamını özünə cəlb etməyi bacarırdı. Elinə-obasına, doğma vətəninə, seçdiyi peşəsinə vurğun idi.

Ensiklopedik biliyə zəkaya malik olan, daim yaradıcılıq axtarışlarında olmuş, yazıb-yaratmış, mətbuatımıza səmərəli xidmət göstərmiş İsa Axundov həm gözəl ailə başçısı idi. Onun BDU-nu bitirmiş iki oğlu, iki xanım-xatun qızı var.

Çox təəssüf hissi ilə dilə gətirirəm ki, şərəfli bir ömür yaşamış, işıqlı ziyalı, zəngin yaradıcılığı ilə həmişə diqqətdə olan İsa müəllim indi aramızda yoxdu. Onu amansız ölüm 2007-ci ilin oktyabr ayının 30-da aramızdan apardı. Vətən üçün, xalqımız üçün, müqəddəs torpaqlarımız üçün döyünən qəlbi qəfildən susdu. Doğma yurd-yuvasına, ata ocağına qayıtmaq, xalqına, millətinə, gündən-günə inkişaf edib çiçəklənən Azərbaycanımıza xidmət etmək arzuları yarımçıq qaldı. Amma təsəllimiz odur ki, o, yaxşı ad qoyub getdi. Böyük dramaturqumuz M.F. Axundov yazmışdı: "Dünyada insan üçün ən böyük ləzzət yaxşı ad qoyub getməkdir ki, belə bir adı ancaq yaxşı əməllərin müqabilində əldə etmək olar".

Böyük ürək sahibi, səmimi qayğıkeş, qəlbi, vicdanı təmiz, yaxşı dost, yaxşı qələm ustası, insanaxas digər bütün keyfiyyətləri ilə seçilib-sayılan İsa Axundov yaxşı əməlləri ilə həmişə qəlbimizdə zamanın, dövrümüzün gözəl ziyalısı kimi yaşayacaq yad ediləcəkdir.

Allah rəhmət eləsin! Qəbri nurla dolsun!

Bəbir HÜSEYNOV

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.