525.Az

Təhsil Nazirliyindən orta məktəblərdə din dərslərinin keçirilməsinə münasibət

[01.04.14]
Təhsil Nazirliyindən orta məktəblərdə din dərslərinin keçirilməsinə münasibət<b style="color:red"></b> Təhsil Nazirliyi ekstremist dini cərəyanların yayıldığı bir vaxtda məktəblərdə din dərslərinin keçirilməsi məsələsinə münasibət bildirib.
 
APA-nın xəbərinə görə, təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda din ayrıca fənn kimi məktəblərdə tədris olunmur.
 
Onun sözlərinə görə, müəyyən fənlərdə, məsələn, “Həyat bilgisi” dərsliyində dini bilgilər uşaqların yaş qruplarına uyğun olaraq tədris olunur: “Uşaqlara dünya dinləri barədə də əlavə məlumatlar verilir. Uşaqları tolerantlıq, bütün dinlərə hörmət ruhunda tərbiyə etmək üçün dərsliklərdə bütün məlumatlar var. Bundan sonra da biz bunları nəzarətdə saxlayacağıq”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.