525.Az

Azərbaycana külli miqdarda narkotik vasitə gətirilməsinin qarşısını alınıb

[01.04.14]
Azərbaycana külli miqdarda narkotik vasitə gətirilməsinin qarşısını alınıb<b style="color:red"></b>

Azərbaycan gömrükçüləri İrandan ölkəyə külli miqdarda narkotik vasitənin gətirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin İrandan əldə edilərək qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilib realizə olunacağı barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilmiş müvafiq əməliyyat tədbiri nəticəsində mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənar keçərək Azərbaycana gəlmiş İran vətəndaşı Museyibzadə Davud Yusif oğlu narkotik vasitənin alğı-satqısını gerçəkləşdirmək üçün gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirdiyi içərisində narkotik maddələr olan 2 ədəd torbanı şərti alıcı qismində çıxış edən gömrük əməkdaşına satmaq istəyərkən yaradılmış əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılıb.
 
İkin istintaqla müəyyən edilib ki, D. Museyibzadə İranda istintaqla müəyyən edilməmiş şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girib. Əldə edilmiş razılığa görə İranın Parsabad rayonunda cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvlərindən 7 kiloqram 315 qram olan qurudulmuş marixuananı, 9 kiloqram 910 qram olan narkotik vasitə həşiş qətranını sərhəd zolağının İmişli rayonu Qaragüvəndikli kəndi ərazisindən Azərbaycanın dövlət sərhədini qanunsuz keçməklə, qaçaqmalçılıq yolu ilə keçirib. Həmin kəndin ərazisində şərti alıcı qismində çıxış edən gömrük əməkdaşına satarkən Biləsuvar Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb.
 
D. Museyibzadənin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2 maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi toplanmış sübutlarla kifayət qədər təsdiq edildiyindən şübhəli şəxs qismində tutularaq Bakı şəhər Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakı olan digər şəxslərin müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.