525.Az

Suriya-Türkiyə qarşıdurması: Yaxın Şərqdə yeni təhlükə

[18.10.12]
Suriya-Türkiyə qarşıdurması: Yaxın Şərqdə yeni təhlükə<b style="color:red"></b>

Son günlər Suriya-Türkiyə münasibətlərini daha da gərginləşdirən hadisələrin baş verməsi dünyanı narahat edir. İki qonşu ölkə arasında böyük müharibənin olması ehtimalı artır. Dünyanın güclü dövlətləri yaranmış vəziyyətlə bağlı bəyanatlar veriblər. Mövqelərin bir-birindən fərqlənməsi regionda risk faktorunu artırır.

Akçaqala hadisəsi dünyanı ayağa qaldırdı

Suriya Türkiyə faktiki olaraq müharibənin astanasına gəliblər. Şanlıurfada 5 dinc sakinin Suriyadan açılan top atəşi ilə həlak olması vəziyyəti gərginləşdirib. Türkiyə parlamenti silahlı qüvvələrə ölkə sərhədlərindən kənarda hərbi əməliyyat aparmaq hüququ verən qanun layihəsini qəbul etməklə rəsmi Ankaranın məsələyə çox ciddi yanaşdığını ortaya qoydu.

Türkiyə rəhbərliyi Suriyaya hərbi müdaxilənin hər an ola biləcəyi haqqında bəyanatlar verir. Qərbin siyasi dairələri bunun reallaşması ehtimalını istisna etmirlər. Ankaranın BMT NATO-ya müraciət etməsindən sonra dünyanın böyük dövlətləri hadisəyə reaksiya verdilər. Qərb dövlətləri Ankaranı dəstəkləyən bəyanatlar səsləndirdilər. ABŞ, Britaniya Fransanın mövqeyi birmənalıdır. Onlar bu məsələdə tamamilə Türkiyənin yanında olduqlarını bildirdilər.

Rusiya Çinin mövqeyi böyük maraq doğurur. Ümumilikdə Akçaqalaya top atəşinin açılmasını pisləyən Moskva, Türkiyəni Suriyaya qarşı hərbi tədbir görməkdən çəkinməyə çağırdı. BMT -dəki müzakirədə isə Türkiyənin təqdim etdiyi sənəddən Dəməşqin qonşu dövlətin təhlükəsizliyini təhdid etməsi ilə bağlı bəndi çıxarmağa nail oldu. Kreml, əslində hiyləgər bir addım atdı.

Xarici işlər naziri Sergey Lavrov dərhal rəsmi Dəməşqin baş verən hadisənin təsadüf olduğunu deməsini Türkiyədən üzr istəməsinin lazım olduğunu bəyan etdi. Suriya Türkiyədən artıq üzr istəyib.

Pekin öz növbəsində Ankara Dəməşqi səbirli olmağa dəvət etdi. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Türkiyənin tələsik addım atmamasını istədiklərini bildirdi. Nazirliyin internet səhifəsində rəsmi Pekin Türkiyə Suriyanın regionda gərginliyi artıracaq hər hansı bir addım atmaması ilə bağlı çağırış yer alıb.

Türkiyə mediası Rusiya Çinin hadisəyə münasibətini təqribənSuriya qərarına rus müdaxiləsikimi qiymətləndirir. Moskva Pekindən aldığı dəstəkdən cəsarətlənən Dəməşq isə ölkənin BMT-dəki nümayəndəsi Bəşər Cəfərinin dili iləSuriya bütün qonşuları, o cümlədən Türkiyə ilə yaxşı münasibətlərini saxlamaq niyyətindədirkimi bəyanat verdi.

Ərəb dövlətləri, qəribə olsa, Türkiyə ilə Suriya arasında yaranmış gərgin münasibətə müəyyən qədər sakit reaksiya verdi. London Universitetinin Yaxın Şərq üzrə mütəxəssisi BBC-nin analitiki doktor Səid Şehat Misir Xarici İşlər Nazirliyinin klassik soyuqqanlılıq ifadə edən bəyanatından başqa heç bir ərəb dövlətindən səs çıxmadığını dedi.

Misirin Əl-Əhram vəqfininDemokratiyajurnalının baş redaktoru Bəşər əl-Fəttah da BBC- verdiyi müsahibədə regionun iki ölkəsi arasında müharibənin olmasını Qahirənin arzulamadığını bildirdi. Çünki bu vəziyyətdə İsrail İran geosiyasi dividend əldə edəcək. Bu fikir baş verən hadisələrin arxasında gizli əllərin olması haqqında edilən təxminləri gücləndirir. Belə olan halda Türkiyənin Suriya ilə böyük müharibəyə başlaması ehtimalı çox azdır.

Rusiya Çin qədər İranın da baş verən hadisələrə münasibəti düşündürücüdür. İranın vitse-prezidenti Məhəmməd Rza ilə telefon danışığında baş nazir Rəcəb Tayyib Ərdoğan türk hökumətinin bu məsələdə qətiyyətli mövqe tutduğunu ifadə edib. O, rəsmi Dəməşqin təsadüf adlandırdığı hadisələrin 8 dəfə təkrarlandığını deyib. Son dəfə Suriyadan atılan top mərmisi Hatay vilayətinin Altınüz bölgəsinə düşüb. Özü bu hadisə Akçaqala olayından sonra baş verib. Ona görə Türkiyənin özünü müdafiə etmə hüququ var.

Ankaranın qətiyyəti

Böyük dövlətlərin bu cür reaksiyalarına Türkiyə rəhbərliyinin öz münasibəti var. Ankara qərarlılıqla parlamentin qəbul etdiyi qanun layihəsi çərçivəsində addımlarını atır. O, Suriyadan Türkiyəyə açılan atəşlərin yerini müəyyənləşdirib, məhv edir. Eyni zamanda, sərhədə əlavə hərbi qüvvələr yerləşdirir.

Rəsmi Dəməşqin üzr istəməsini müsbət qarşılayan Türkiyə hökuməti, həm ehtiyatı əldən vermir. Belə görünür ki, rəsmi Ankara bu məsələdə səbir kasasının daşdığını dünyaya nümayiş etdirir.

Meydana hər kəsi düşündürən sual çıxır: Yaxın Şərqdə müharibəmi başlayır? Qərbin bir sıra analitikləri bunu real sayır proqnozlar verirlər. Məsələn, ABŞ-ın Hudson İnstitutunun Siyasi-hərbi analizlər Mərkəzinin direktoru Riçard Veyts Türkiyə ordusunun parçalanmış Suriya ordusunu məğlub edə biləcəyini söyləyir.

Onun fikrincə, Türkiyə Suriyanın ərazisinin böyük hissəsini işğal edə oradakı ixtilafları aradan qaldıra bilər. Lakin bundan sonra Ankaranın böyük maliyyə xərclərinin olacağını proqnozlaşdırır. Qərbin bu məsələdə türklərə dəstək verməsi ehtimalının az olduğunu ifadə edir. Hətta belə bir dəstək olsa belə, əsas ağırlıq türk əsgərinin üzərinə düşəcək.

Bunlar Qərbin Ankaranın qətiyyətli olduğunu başa düşdüyünü göstərir. Ona görə müharibə olacağı halda regionda geosiyasi proseslərin hansı istiqamətdə inkişaf edəcəyi məsələsi ekspertləri düşündürür. Burada bir neçə variantı nəzərə almaq lazım gəlir.

Ancaq hər bir halda Türkiyənin Suriya ərazisində hərbi əməliyyata başlaması bütövlükdə regionda risk faktorunu artıracaq. Belə bir vəziyyətdən Ankaranın necə çıxacağı haqqında birmənalı fikir bildirmək çətindir.

Bundan başqa, yaranmış vəziyyətdən İsrail İranın dərhal öz xeyri üçün istifadə edəcəyinə şübhə yoxdur. Yəni onlar Türkiyənin uzun müddət müharibə aparmasına çalışacaqlar. Bunun iki səbəbi ola bilər. Birincisi, İsrail İran regiondakı əsas rəqiblərini zəiflədirlər. İkincisi, yaranacaq geosiyasi gərginlik Qərb üçün həm İsrail-Fələstin münaqişəsini, həm İranın nüvə proqramını arxa plana atacaq.

Hadisələrin bu istiqamətdə inkişafı Rusiyanı tam qane etmir. Çünki bu halda Moskva Yaxın Şərqdə Türkiyənin timsalında qazanmaq istədiyi yeni güclü tərəfdaşı itirmək təhlükəsi ilə üzləşir. Lakin Rusiya Qərbin, o cümlədən NATO-nun Yaxın Şərqdə başının bərk qarışmasından geosiyasi dividend götürə bilər. Eyni zamanda, İranın mümkün hərbi zərbələrdən yayınması şansının artması Kremli qane edir.

Pekin üçün isə demək olar ki, ideal geosiyasi şərait yaranmış olur. Çin Amerikanın Yaxın Şərq məsələsindələngiməsindənəlavə vaxt qazanır. Onun Rusiya kimi geosiyasi rəqibi xeyli dərəcədə bu hadisələrəbağlanır”. Bu, Pekinin Uzaq Şərq Mərkəzi Asiyada təsir gücünü yüksəltməsi üçün ona əlavə şans verir.

Beləliklə, Ankaranın qətiyyəti bir tərəfdən Türkiyə dövlətinin mövqeyini birmənalı ifadə edir. Digər tərəfdən isə regionda əvvəlcədən proqnozlaşdırılmayan türk dövlətinin xeyrinə olmayan proseslərin başlamasına səbəb ola bilər. Ona görə Ankara son dərəcə səbir ehtiyatla davranmalıdır. Hər zaman dövləti maraq keçici qürurdan üstün tutulmalıdır.

Otto Bismarkın bir maraqlı fikri var: “Siyasət yaranmış hər bir vəziyyətə uyğunlaşmaq hətta ürəkbulandıran hər bir şeydən fayda götürmək məharətidir”. Türkiyə kimi böyük dövlətlər təbii ki, bunu çox yaxşı bilirlər. Ancaq məsələ ondan ibarətdir ki, indi Yaxın Şərqdəürəkbulandırandövlətlərin sayı çoxdur.

Newtimes.az


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.