525.Az

"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü yaxın günlərdə keçiriləcək"

[18.10.12]
"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü yaxın günlərdə keçiriləcək"<b style="color:red"></b>

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra regiona səfər etməyi planlaşdırırlar. Bu barədə APA-ya fransalı həmsədr Jak For açıqlama verib.

O qeyd edib ki, hazırda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün təşkili istiqamətində iş aparılır: “Bu məsələ demək olar ki, həllini tapıb. Görüş tezliklə, yaxın günlərdə keçiriləcək”.

Xatırladaq ki, bir müddət əvvəl Fransa XİN Milli Assambleyanın deputatı Valeri Buayenin soğrusuna cavab olaraq bildirib ki, yaxın günlərdə Azərbaycan və Ermənistan arasında təmas qurulması planlaşdırılır. Çox güman ki, XİN başçılarının görüşü Parisdə keçiriləcək.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.