525.Az

Noyabrda Günəş və Ay tutulacaq

[18.10.12]
Noyabrda Günəş və Ay tutulacaq<b style="color:red"></b>

Gələn ay bir Günəş və bir qismən Ay tutulması olacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından APA-ya verilən xəbərə görə, Günəş tutulması noyabrın 14-də Bakı vaxtı ilə saat 23.39-da baş verəcək və saat 04.44-ə qədər davam edəcək. Bu təbiət hadisəsi Azərbaycan ərazisindən müşahidə edilməyəcək.

Qismən Ay tutulması isə noyabrın 28-də baş verəcək. Saat 16.18-də başlayacaq ay tutulması saat 20.51-də başa çatacaq. Ay tutulması Azərbaycan ərazisindən qismən müşahidə olunacaq.

Qeyd edək ki, bu il ilk qismən Ay tutulması iyun ayının 4-də, ilk Günəş tutulması isə mayın 21-də olub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.