525.Az

Tarixin ən zəngin insanları açıqlandı

[18.10.12]
Tarixin ən zəngin insanları açıqlandı<b style="color:red"></b>

Celebritynetworth.com  son min ildə dünyanın gəlib keçmiş ən zəngin adamları siyahısını açıqlayıb.

525.az-ın məlumatına görə, dünyanın indiyə qədər gəlib keçmiş ən zəngin insanı 400 milyard dollarlıq sərvətiylə 14-cü əsrdə Mali Krallığına başçılıq etmiş Mansa Musadır. Hazırda Qərbi Afrikada onun tikdirdiyi məscidlər tarixi abidə kimi qalır. Mansa Musanın sərvəti onun ölümündən sonra vətəndaş müharibəsi və yeni fəthlər səbəbindən tükənib.

İkinci yerdə alman əsilli yəhudi ailəsi Rotsşildlərdir. 350 milyard dollar sahib olan Mayer Amşel Rotsşild 18-ci əsrin sonlarında Avropanın bir çox yerlərində banklar yaradaraq bu sərvətə sahiblənib.

ABŞ-ın tarix boyu ən zəngin insanı sayılan Con D.Rokfoller 1937-ci ildə öləndə 340 milyard dollar sərvəti miras qalıb. O, 1870-ci ildə yaratdığı “Standart Oil” neft şirkəti ilə Amerikanın ilk milyarderi adını qazanıb.

İsveç əsilli ABŞ iş adamı Endryu Karnegi siyahıda dördüncüdür. O, polad sənayesi quraraq 1835-ci ildə 310 milyard dollara sahib olur.

Rusiya çarı olduğu vaxtda 300 milyard dollar sərvəti olduğu deyilən II Nikolay isə 25 nəfərlik siyahıda 5-ci sırada yer alaraq Bill Qeyts və Henry Ford kimi adları geridə qoyub.

Siyahıda müasir dövrümüzün 4 zəngin insanı var: Bill Qeyts, Karlos Slim, Varren Buffet. Liviyann keçmiş lideri Müəmmar Qəddafi isə 200 milyardlıq sərvəti ilə 8-ci sırada yerləşib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.