525.Az

Timsaha yem olacaqdı (VİDEO)

[18.10.12]
Timsaha yem olacaqdı<b style="color:red"> (VİDEO)</b>

Kosta Rikada vəhşi timsahla oyun oynayan səyahət turunun rəhbəri ona yem vermək istərkən özü tələyə düşüb.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ötən gün sosial şəbəkələrdə yayılan videoda tur rəhbəri əlindəki toyuq və ət parçasını yerə ataraq onu
əsəbləşdirməyə başlayıb. Timsahla oynayan təlimçi qəfildən ayağının palçığa girməsi ilə yerə yıxılıb. Bu zaman timsah onun üzərinə hücum edərək ayağını dişləməyə çalışır.

Vəziyyətdən çıxış yolu axtaran tur rəhbəri bütün yemləri timsaha verərək hadisə məkanından ayrılıb.

Nigar Məhərrəm


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.