525.Az

Müxalifətə mitinq üçün yer təklif edildi

[17.10.12]
Müxalifətə mitinq üçün yer təklif edildi<b style="color:red"></b>

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) “Parlament buraxılsın” kampaniyasının təşkilatçılarının oktyabrın 20-də paytaxtın Fəvvarələr meydanında aksiya keçirilməsi ilə bağlı müraciətini cavablandırıb.

Kampaniyanın Təşkilat Komitəsindən APA-ya verilən məlumata görə, paytaxt meriyası gənclərin oktyabrın 20-də saat 15.00-da Fəvvarələr meydanında keçirmək istədikləri aksiyanı məqsədəuyğun hesab etməyib. Şəhər icra hakimiyyəti təşkilatçılara Səbayel rayonu Bibiheybət qəsəbəsi, 20-ci sahə, sürücülük məktəbinin həyətindəki meydançada mitinq keçirməyi təklif edib.

Aksiyanın Təşkilat Komitəsinin üzvü, AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov isə APA-ya deyib ki, Milli Məclisə yenidən seçkilərin keçirilməsi tələbi ilə keçirilməsi nəzərdə tutulan tədbirin təşkilatçıları aksiyanın qərara alındığı yerdə keçirilməsində israrlıdırlar.

Qeyd edək ki, “Parlament buraxılsın” aksiyasına əvvəlcə sosial şəbəkələrdə başlanıb, sonradan isə bu səhifənin təsisçiləri olan 50-yə yaxın ictimai təşkilat rəhbəri, bloqqer və ictimai-siyasi baxımdan aktiv gənclər hərəkat şəklində aksiya keçirmək qərarına gəliblər.

Aksiyanın təşəbbüskarları arasında İctimai Palataya daxil olan partiyaların gənclər təşkilatları da var. 
 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.