525.Az

Qanunsuz çörək istehsalı dayandırıldı

[17.10.12]
Qanunsuz çörək istehsalı dayandırıldı<b style="color:red"></b>   Bakıda çörək istehsalı ilə bağlı reyd keçirilib.

 İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, C.Xəndan küçəsi, 13 ünvanında Zenfira Hüseynovaya məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı çörəyin gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal edildiyi, habelə çörəyin qablaşdırılmasında mənşəyi məlum olmayan kağız paketlərdən istifadə edildiyi müəyyənləşdirilib.

Nazirliyin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, bundan başqa, yoxlama zamanı məhsulun üzərində istehsalçı müəssisənin adı, istehsal tarixi, enerji dəyəri, zülal, yağ və karbohidratlar barədə məlumatların qeyd edilmədiyi, habelə çörəyin laborator müayinədən keçirilmədən satıldığı aşkarlanıb.

Qanun pozuntuları ilə əlaqədar, çörək istehsalının dayandırılması barədə Dövlət Xidməti tərəfindən sahibkar Zenfira Hüseynovaya icrası məcburi göstəriş verilib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.