525.Az

İsveçrə ərəblərə zərbə vurdu

[17.10.12]
İsveçrə ərəblərə zərbə vurdu<b style="color:red"></b>

İsveçrə ərəb ölkələrinin 1 milyard dollarlıq hesabını dondurub.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İsveçrənin Xarici İşlər Nazirliyi Misirə aid 700 milyon, Tunisə aid 60 milyon, Suriyaya aid 100 milyon, Liviyaya aid 100 milyon İsveçrə frankının dondurulması haqda açıqlama verib.

İsveçrə hökuməti Suriya və Liviyanın bu ölkədəki hesablarını BMT-nin qərarına müvafiq olaraq dondurub. Digər pullar isə Misirin keçmiş lideri Hüsnü Mübarəkin və Tunisin keçmiş lideri Ben Alinin qohumlarına mənsub olduğu üçün dondurulub.

Mütəxəssislər İsveçrə tərəfindən atılan bu addımın ərəb ölkələri üçün ən ağır zərbə olduğunu söyləyiblər.

Nigar Məhərrəm


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.