525.Az

Gürcüstanda parlament seçkilərinin ikinci raundu başa çatdı

[21.11.20]
Gürcüstanda parlament seçkilərinin ikinci raundu başa çatdı<b style="color:red"></b>

Gürcüstanda 10-cu çağırış parlament seçkilərinin ikinci raundu başa çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, saat 20:00-da seçki dairələrinin qapıları bağlanılıb və sayım prosesinə başlanılıb.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (CESKO) məlumatına görə, saat 17:00-da seçki aktivliyi 20.74% faiz təşkil edib. Parlament seçkilərinin ikinci raundu 17 birmandatlı (majoritar) dairə üzrə keçirilib. Bunlardan 8-i Tbilisidə, 9-u isə regionlarda yerləşir.

Qeyd edək ki, Gürcüstanın 8 müxalif partiyası seçkiləri boykot edib və ilk raunda qazandığı mandatlarından imtina edib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.