525.Az

Giorgi Qaxariya Müstəqillik Günü münasibətilə İlham Əliyevi təbrik etdi

[18.10.20]
Giorgi Qaxariya Müstəqillik Günü münasibətilə İlham Əliyevi təbrik etdi<b style="color:red"></b>

Gürcüstanın Baş naziri Giorgi Qaxariya Baş Nazir Əli Əsədova Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, məktubda qeyd olunur:

“Gürcüstan hökuməti və şəxsən öz adımdan Sizi Azərbaycanın Müstəqilliyi Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Azərbaycan həm sosial-iqtisadi, həm də beynəlxalq səviyyədə nüfuzunun möhkəmlənməsi baxımından fəxarətli yol keçib. Bizim ümumi səylərimiz nəticəsində Gürcüstan və Azərbaycan Respublikası arasında sarsılmaz strateji tərəfdaşlıq münasibətləri formalaşıb və dostluq ruhu daşıyan bu tərəfdaşlığımız ikitərəfli və çoxtərəfli səviyyədə ümumi məqsəd və maraqlarımızla daha da möhkəmlənməkdədir. Əminəm ki, münasibətlərimizin daha da genişlənməsi və strateji tərəfdaşlığımızın dərinləşməsi üçün biz öz sıx əməkdaşlığımızı bundan sonra da uğurla davam etdirəcəyik. Sizə öz dərin ehtiramımızı izhar edir və Sizə və qardaş Azərbaycan xalqına sülh, uğurlar və əmin-amanlıq diləyirəm”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.