525.Az

Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə paylaşım edib

[18.10.20]
Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə paylaşım edib<b style="color:red"></b>

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə paylaşım edib.

Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində etdiyi paylaşımda deyilir:

"Bu günlərdə bütün dünya ictimaiyyəti Azərbaycan xalqının yenilməz iradəsinin, qətiyyətinin, əzminin, birlik və həmrəyliyinin, Vətənə sadiqliyinin şahididir.

Əminəm ki, xalqımızın məhz bu xüsusiyyətləri bizə qarşımızda dayanan bütün vəzifələrin öhdəsindən uğurla gəlməyə, o cümlədən müstəqilliyimizi qoruyub saxlamağa hər zaman kömək edəcəkdir. Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun! Uca Tanrı xalqımızı, Vətənimizi qorusun!"


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.