525.Az

"Erməni təxribatları ilə bağlı müxtəlif faktlar üzrə 20-dən çox cinayət işi başlanıb"

[17.10.20]
"Erməni təxribatları ilə bağlı müxtəlif faktlar üzrə 20-dən çox cinayət işi başlanıb"<b style="color:red"></b>

“Erməni təxribatları ilə bağlı artıq müxtəlif faktlar üzrə 20-dən çox cinayət işi başlanıb. Hazırda lazım olan bütün sübutlar toplanılır və biz Ermənistanın siyasi rəhbərliyinin məsuliyyətə cəlb edilməsi üçün müxtəlif istiqamətlərdə hərəkət edəcəyik”.

APA-nın məlumatına görə, bunu diplomatik nümayəndələrin Gəncəyə səfərinə həsr olunan brifinqdə Baş Prokuror Kamran Əliyev deyib.

O bildirib ki, bütün bu göstərişlər - Gəncənin bombalanması və digər dinc əhalinin raket atəşinə məruz qalması birbaşa Ermənistanın siyasi-hərbi rəhbərliyinin tapşırığı ilə həyata keçirilib: “Onların məsuliyyətə cəlb olunmaları üçün bütün prosedur qaydalara uyğun olaraq - həm daxili qanunvericiliyə, həm də beynəlxalq qanunvericiliyin tələblərinə uyğun sübutlar toplanır. Bunlar barədə müxtəlif vasitələrdən istifadə etməklə həm BMT-nin müvafiq tribunalının yaradılması ilə bağlı, eyni zamanda İnsan hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edilməsi ilə bağlı iddialar qaldırılacaq”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.