525.Az

AMEA Naxçıvan Bölməsində doqquz ayın yekunları təhlil edilib

[16.10.20]
AMEA Naxçıvan Bölməsində doqquz ayın yekunları təhlil edilib<b style="color:red"></b>

AMEA-nın Naxçıvan Bölməsində cari ilin doqquz aylıq elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr edilən hesabat tədbirini bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb.

Alim elmi-tədqiqat müəssisələrində müvafiq istiqamətlər üzrə aparılan tədqiqatlardan, eləcə də elmi-təşkilati işlərdən danışıb.

Daha sonra bölmənin Elm və təhsil şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov cari ilin doqquz ayında aparılan elmi-tədqiqat işlərinin əsas nəticələrini diqqətə çatdırıb. Bildirib ki, bu dövrdə bölmə əməkdaşlarının 14 monoqrafiyası, 10 kitabı, 1 metodik vəsaiti, 308 elmi məqaləsi, 164 konfrans materialı və 5 tezisi olmaqla 502 elmi əsəri nəşr edilib.  Əsərlərdən 2 monoqrafiya, bir kitab, 79 məqalə, 50 konfrans materialları və 5 tezis xaricdə işıq üzü görüb. Elmi məqalələrdən 13-ü Clarivate Analytics olmaqla 36-sı impakt faktorlu jurnallarda çap olunub. Bir xəritə, bir buklet tərtib edilib. 531 qəzet məqaləsi işıq üzü görüb. 5 monoqrafiya, 2 kitab, 345 elmi məqalə hazırlanaraq müxtəlif nəşriyyatlara təqdim olunub. Əməkdaşların 359 əsərinə istinadlar qeydə alınıb. Açıq dünya ensiklopediyası olan vikipediyada 14 yeni məqalə, 5 yeni şablon yaradılıb və 30-dan çox məqalə üzərində redaktə işləri aparılıb.

Qeyd olunub ki, bölmədə iki seriya üzrə "Elmi əsərlər" və "Axtarışlar" jurnalının 2 nömrəsi çapdan çıxıb. Bundan əlavə, bölmədə keçirilmiş "Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani" beynəlxalq konfransın və "Naxçıvanın muxtariyyəti: tarixdə və günümüzdə" respublika konfransının materialları nəşr olunub. "Naxçıvan tarixi mənbələrdə" kitabı, "Nağı Nağıyev: taleyi və sənəti" məqalələr toplusu hazırlanaraq çapa təqdim edilib.

Məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında" Sərəncamına əsasən bölmənin 50 elmi dərəcəsi olan əməkdaşı hazırda 29 ümumtəhsil məktəbdə 8 fənn üzrə nümunəvi dərslər tədris edir. Cari ildə 3 elmi əməkdaşın interaktiv dərsi dinlənilib. "Sabahın tədqiqatçıları" layihəsi çərçivəsində Naxçıvan şəhərinin ümumtəhsil məktəblərin 50 şagirdi bölmə alimləri tərəfindən fərdi və kollektiv şəkildə tədqiqatlara cəlb edilib.

Bundan əlavə, hesabat dövründə bölmə əməkdaşları 20-dən çox elm və təhsil müəssisələrinin alimləri ilə sıx elmi təmasda olub, səmərəli əməkdaşlıq ediblər. Bölmənin 36 əməkdaşı 18 beynəlxalq tədbirdə məruzə ilə çıxış edib.

Məruzə dinlənildikdən sonra müzakirələr aparılıb. Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev çıxış edərək əsərlərin müxtəlif dillərdə nəşr olunmasının zəruriliyini vurğulayıb.

Tədbirdə əməkdaşlara fəaliyyətlərini günün tələbləri səviyyəsində quraraq davam etdirmələri ilə bağlı tapşırıqlar verilib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.