525.Az

Sabah hava necə olacaq?

[16.10.20]
Sabah hava necə olacaq? <b style="color:red"></b>

Oktyabrın 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz  22-26, Bakıda gecə 15-17, gündüz 24-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz  50-60 faiz təşkil edəcək. 

Oktyabrın 17-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 16-21 dərəcə isti olacaq.

Oktyabrın 17-18-də Abşeron yarımadasında meteoroloji amillərin zəif, mülayim tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.