525.Az

Bakıda çoxmərtəbəli binadakı yanğın söndürülüb

[30.01.14]
Bakıda çoxmərtəbəli binadakı yanğın söndürülüb<b style="color:red"></b>

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətindən Trend-ə verilən məlumata görə, hadisə Sabunçu rayonu, Yavər Əliyev küçəsində yerləşən çoxmərtəbəli binalardan birində qeydə alınıb.
İlkin məlumata görə, yanğın binanın 18-ci mərtəbəsində yerləşən mənzildə elektrik naqillərində baş verən qısa qapanmadan başlayıb.

Yanğın artıq söndürülüb. Hadisə nəticəsində xəsarət alanın olmadığı bildirilir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.