525.Az

Bu barədə ilk dəfə- M.Ə.Rəsulzadə-130

[30.01.14]
Bu barədə ilk dəfə- <b style="color:red">M.Ə.Rəsulzadə-130</b>

M.Ə.Rəsulzadənin Quba, Qusar, Xaçmaz görüşləri

1918-ci ilin noyabrında Osmanlı-Türk hərbi hissələri, 1919-cu ilin avqustunda isə müttəfiq-ingilis qoşunları Azərbaycan torpaqlarını tərk etdilər. Beləliklə, Azərbaycan hökuməti ölkənin əsl sahibi kimi müdaxiləsiz fəaliyyətə başladı ölkədə yeni abuhava, yeni şərait yarandı. Təkcə Bakıda deyil, əyalətlərdə bu vəziyyəti öyrənmək, nəzərdən keçirmək vacib idi. M.Ə.Rəsulzadə ilk belə səfərini Şimal rayonlarında həyata keçirməyə başladı. O, 1919-cu il sentyabrın II yarısında Xaçmaz, Quba, Qusar zonasından Azərbaycan Parlamentinə seçilmiş Mürtəza Axundov Əbülqasım Rüstəmzadə ilə birlikdə bu rayonlara yollandı. M.Ə.Rəsulzadə hər üç rayonda camaatla görüşüb onlara görülmüş görüləcək işlər barədə ətraflı məlumat verir, onların rəylərini öyrənir, ehtiyaclarını dinləyirdi. Rəsulzadə ilə bərabər əməkdaşı olduğu "Azərbaycan" qəzetinin xüsusi müxbiri onları müşayiət edirdi. Bu görüşlər barədə "Azərbaycan" qəzetinin 22 23 sentyabr tarixli 279 280-ci nömrələrində xüsusi müxbirin hesabat səciyyəli geniş yazısı dərc olunmuşdur. Həmin yazını "525-ci qəzet"in oxucularına təqdim edirəm.

 

M.Ə.Rəsulzadə Qubada (Xüsusi müxbirimizdən)

Quba müsavatçıları ilə bərabər firqəsiz olan əhali dəxi çoxdan bəri Azərbaycan məbuslarından bulunan möhtərəm Rəsulzadə Məhəmməd Əmin bəyin şəhərimizə vürudini bəkliyorlardı. Son dəfə olaraq sabiq Şurayi-Milli rəisi, möhtərəm Azərbaycan xadimi, "Müsavat" firqəsinin rəisi cənablarının Qubaya gəlmək xəbəri avqustun axırında yayıldı. Sentyabrın ikisi Quba üçün bir bayram olmuşdu.

Qızılburun istasyonu xalılarla təzyin olunub cəmaət vaqona müntəzir idi. Rəsulzadə cənabları yoldaşları məbuslardan möhtərəm Abbasqulu Kazımzadə, Quba məbusu Mürtəza Axundov Quba "Müsavat" mürəxxəsi-məsuli Əbülqasım Rüstəmzadə ilə birlikdə kəndilərini istiqbal edən xəlqin hüzuruna çıxdılar. Kəndisinə qarşı söylənən təbrik nitqinə müxtəsər, fəqət mənidar bir nitqilə müqabilə etdilər.

Bədə xəlqin "Yaşasın Azərbaycan!" sədası arasında vaqon hərəkət elədi. Dəvəçi mövqifi kəza bəzənmiş, müsafiri bəkliyordu. Burada da toplanmış xəlq naminə təbrik sözü söylənib, Məhəmməd Əmin əfəndi tərəfindən cavab söyləndi. Burada məhəllə mollası, Müsavat şöbələrinin nümayəndələri, mahalın ağsaqqalları toplanmış idi. Oradan vaqon "Yaşasın!" sədaları içində ayrılıb Xaçmaz istasyonuna çatdıqda milli zurna sədası qonaqları qarşıladı. Xalılarla yaşıllarla bəzənmiş mövqif əhali ilə dopdolu idi. Rustov mahalının nümayəndələri, köy şöbələrinin mürəxxəsləri yerli xəlq tərəfindən böyük bir izdiham toplanmış idi. Rəsulzadə cənabları burada yalnız bir firqə rəisi məbus sifətilə degil, Azərbaycan fikrinin həqiqi xadimi, Cümhuriyyətin müəssislərindən olması dəgərli bir cəmaət xadimi, mümtaz mühərrir guzidə bir natiq olmaq üzrə alqışlandı. Cəmaət nümayəndəsindən sonra "Müsavat"ın Quba mürəxxəsi möhtərəm qonaqlara "Xoş gəldin" söylədi. Bədə Məhəmməd Əmin əfəndi Cümhuriyyətin surəti-təşkili, türklərin unudulmaz xidməti, parlamanın güşadı, fəaliyyəti, ingilislərin gəlişi, gedişi, hökumətimizin vəziyyəti-hazirəsi, əskəri təşkilatımızın əhəmiyyəti, Şimaldan təhlükənin vücudi, Denikin təhlükəsi siyasəti-xariciyyəmizə aid saət yarım qədər uzun bir nitq söylədikdən sonra "Müsavat" üçün bu bəsdir ki, əvvəlcə yalnız onun fikri olan Azərbaycan şüarı bu gün millətin müqəddəs amalı hökmünə girmişdir, dedi. Natiq dəfələrlə alqışlanaraq sevincli "Yaşasın!" sədası arasında xəlqlə vidalaşaraq istirahətlərinə təxsis olunan dairəyə çəkildilər: ətraf kəndlərdən gələn köy nümayəndələri ilə şöbə mürəxxəsləri xüsusi surətdə məbuslarla oturub gecə keçənə qədər müsahibə ediyorlardı.

Müsahibə məmləkətin əhvali-siyasiyyəsinə, siyasi proqramlara ətraf kəndlərin ehtiyacatına aid idi.

Müsahibə nəticəsində köylülər idarənin mətanətindən məmnun olduqlarını söylədilər. Dedilər ki, heç Nikolay zamanında böylə əmniyyət yox idi, çünki adam öldürülür, oğurluq olur, qız qaçırılır. İstədikləri mətləb bundan ibarət.

Burası əskəri bir qərargah olduğundan əskər ləvazimindən ötrü istənilən təhmilatın əksəri ətraf köylərə təhmil olunuyor. Halbuki bu təhmilatə bütün Azərbaycanın iştirak eləməsi müqtəzi. Bura həvalisi anarşi zamanından dəxi çox təərrüzlərə məruz qaldığından bir çox evlər yanmış, yaxılmış, bu yanan evlərin təkrar tikilməsi üçün hökumət yardım etməli, meşədən evləri yananlara müftə olaraq ağac buraxmalı, sonra bu həvali qızdırmalı bir yer olduğundan xəlq həkimsizlik dərmansızlıq üzündən çox xəsarət görmədədir. Buraya məxsus bir tibb nöqtəsi bir qədər dəva-dərman bir həkim göndərilsə. Əskəri xidmətə alınan bəzi əmələnin bəzən pulu verilmiyor.

Bu xüsusda tədabiri-lazimə görülsə qədim zamanda buralardan əhali-islamiyyə yerlərindən, yurdlarından götürülüb başqa yanlara köçürülmüş, onların yerlərinə rus köçbələri oturdulmuş idi.

Anarxiya zamanında onlar getmiş, cəbr olunan müsəlmanlar təkrar öz yurdlarını gəlib tutmuşlardır. Uruslar təkrar dönüb gəliyorlar. Hökumətin siyasətinə zərər verməzsə onların bir daha buralara buraxılmaması üçün bir tədbir görülsə, bu tərəflərin məktəb məarif cəhətincə dəxi çox əgri vardır. Bu xüsusda ayrıca diqqət verilsə, köylülərin təqaza elədikləri həp bu kibi əsaslı dövlət nöqteyi-nəzərindən görülməsi zəruri mətləblərdir. Məbuslar bittəbii köylülərin işbu istədiklərinin yerinə yetirilməsi hüsuli üçün səy edəcəkləri həqqində vəd etdilər.

lll

Səhər saət 8- bir dəstə könüllü xəlq silahdarlarının müşayətilə rast gələn xəlqin səlamları arasında məbuslar Xaçmazı tərk edib Qubaya tərəf azim oldular.

Saət 10 radələrində Qubaya yaxınlaşdıqda başda Quba "Müsavat" komitəsinin heyəti-idarəsi olmaq üzrə şəhərdən istiqbalə gələn atlılar qonaqları qarşıladılar. Şəhərin kənarında yapılmış alaqapı yanında xəlq toplanmış idi. Axund həzrətləri ilə Əfəndi həzrətləri, bələdiyyə rəisinin müavini, qlasnılar, yəhudi cəmaətinin nümayəndələri sair əhali burada cəm idi. Faytonlar burada durdu. Bələdiyyə rəisi müavini möhtərəm Azərbaycan xadimini təbrik elədi. Yəhudi nümayəndəsi dəxi xoş gəldin dedi. Rəsulzadə cənabları hər ikisinə cavab verdi. Burada Rəsulzadə cənablarına böyük bir gül dəstəsi təqdim edildi. Qonaqlar Axund Əfəndi ilə müsafihə etdikdən sonra faytonlarına səvar olub bayraqlarla xalçalarla bəzədilmiş küçələrdən gül çiçək sabaşları altında Quba nümayəndəsi Mürtəza Axundov cənablarının evinə getdilər.

Burada evin yaxınında küçəyə toplanan xəlqə qarşı Rəsulzadə əfəndi saət yarım davam edən nitqində Xaçmazda söylədigi nitqini daha ziyadə təfsil ilə təkrar edərək nəhayət qubalıların həmiyyət vətənpərvərligini təqdir etdi: "Sizi böylə fədakar gördükdən sonra hüdudumuzu keçmək istəyən düşmən meyitlərimiz üzərindən keçər deyən Nəsib bəyin həqli olduğunu təsdiq edirəm!" - deyə dəfələrlə alqışlanaraq fəth olunan nitqini gurultulu "Yaşasın"larla bitirdi.

Burada nahar etdikdən sonra qonaqlar yol üstündə qəza qaiməqamlıq idarəsi ilə xüsusi bəzədilmiş olan Müsavat idarəsini ziyarət edərək Qusara ezam oldular. Yol yəhudi məhəlləsindən keçiyor. Yəhudi cəmaəti başda Ravin İshaq olaraq məbusları istiqbal etdilər. Ravin Tövratdan bir dua oxuyaraq qonaqların qədəmini təbrik elədi. Buna qarşı Rəsulzadə cənabları dedilər ki: oxuduğunuz Tövrat bizcə Kitabi-İlahidir. İnandığımız Quran kibi asimanidir.

Quran bizə başqa dinlərə ehtiramı əmr edər. Cinsimiz türkdür. Türk dövlətlərində yəhudi zidligi görülməmişdir. Türkiyə yeganə dövlətdir ki, orası yəhudi qırğını görməmişdir. Yəhudiləri himayə edən dövlət Türkiyədir.

Müsəlman Türk Cümhuriyyəti olan dövlətimizdə bütün millətlərlə bərabər siz yəhudilər gərək şəxs gərək millət etibarilə əmin amanda olub, rahət yaşayacağınızdan əmin ola bilərsiniz!

Ravin təkrar təşəkkür edərək bu sözlərin zatən həqlərində icra olunduğunu hökuməti-məhəlliyədən razı olduqlarını söylədilər "Yaşasın Müsavat, Yaşasın Azərbaycan" nidaları içində qonaqlar yollarına azim oldular. Yəhudi məhləsində qonaqların keçdigi küçələrdə qaravul olaraq yəhudi milisləri görülməkdə idi.

Axşam saət 5 radələrində qonaqlar Qusara yetişirlər. Qusar dəsəbəsi ilə ətrafından gəlmə xəlq Azərbaycanın fəsih natiqini dinləmək üzrə toplaşmışlardı.

Məhəllə Mollası xüsusi bir ehtiram olmaq üzrə məbuslara duz-çörək təqdim elədi. Ovzayi-hazirəyə aid müfəssəl nitqini burada da təkrar elədi. Xəlq ittihad, ittifaq qardaşlığa istiqbal bayrağını ucaltmaya dəvət olundu.

Buradan sonra bir az istirahət edərək məbuslar məhəlli alay komandanlığını ziyarət etdilər. Bədə qərargaha getdilər. Əskərlər tərəfindən salamlandılar. O gecəyi Qusarda qalıb sabahı müəllimlər kursunu ziyarət etdilər. Saət 9-da kursdan çıxıb geri Qubaya gəldilər.

Qubada Mürsəl bəygildə şərəflərinə verilən ziyafətdə nahar etdilər. Nahardan sonra Axund ilə Əfəndi həzrətlərinin bazdidinə getdilər. bədə müsavat idarəsində firqə əzası ilə xüsusi bir müsahibə məclisi qurdular. Müsahibə əsnasında Rəsulzadə cənabları "Firqənin təşəkkülü məmləkətə xidmətdir, firqə əzaları, firqə hökumət üçündür, hökumət firqə üçün degildir" - nəzəriyyəsinə tabe olmaları həqqində müfəssəl məlumat verdi tövsiyələrdə bulundu.

Bir takım təşkilati-məsai həqqində qərar verildikdən sonra qonaqlar axşama doğru Xaçmaza ezam olub oradan Bakıya rəvan oldular.

Əsnayi-səyahətlərində yol uzunu məbuslar əhali tərəfindən salamlanıyor köylülərin nümayəndələri ilə xüsusi olaraq müsahibədə bulunuyorlardı.

Ə.B.

"Azərbaycan", 22, 23 eylül (sentyabr) 1919, №279, 280

Şirməmməd HÜSEYNOV

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.