525.Az

Azərbaycanlı rəssamların möhtəşəm uğurları

[30.01.14]
Azərbaycanlı rəssamların möhtəşəm uğurları<b style="color:red"></b>

İçərişəhərdə yerləşən "Abşeron" Rəsm Qalereyasında "Yaponiya müsabiqəsinin qalibləri" adlı sərgi açılıb. Sərgi üç yeniyetmə rəssamın - Cavidan Əhmədovun, Nərgiz Əmiraslanovanın Məhəmməd İsmayılovun yaradıcılığına həsr olunub. Sərgidə nümayiş etdirilən 57 əsər qrafik kompozisiyalardan qismən yağlı boya ilə işlənmiş tablolardan ibarətdir.

Qeyd edək ki, "Abşeron" Rəsm Qalereyası yeni əsrin əvvəlindən etibarən sərgilərin təşkili ilə bərabər incəsənətimizin təbliği ilə bağlı digər maraqlı layihələr həyata keçirir. "Milli dəyərlər", "Vətən qarış-qarış", "Art Monitor" layihələri əsasən kitab nəşrləri ilə bağlı olub. 2010-cu ildən başlayaraq burada yeni maraqlı proqram - "Abşeronun övladları" uşaq rəsm klubu fəaliyyət göstərməyə başlayıb. Klubun təşkilində məqsəd yeni yaradıcı nəslin yetişməsinə yardımdan, habelə balaca yeniyetmə rəssamların respublika beynəlxalq səviyyəli sərgilərdə səmərəli iştirakını təmin etməkdən ibarətdir.

"Abşeronun övladları" klubunun üzvləri üç ildir ki, beynəlxalq sərgilərdə Azərbaycanı layiqincə təmsil edir, müntəzəm olaraq nüfuzlu beynəlxalq uşaq müsabiqə sərgilərində qələbələr qazanırlar. Klubumuzun bir üzvü 2011-ci ildə Çexiyanın Liditse şəhərində keçirilən rəsm müsabiqəsinin Cənubi Qafqaz üzrə yeganə medalına layiq görülüb.

2012-ci ildə digər üzvümüz - balaca rəssam Məhəmməd İsmayılov Yaponiyada keçirilən təbiətin qorunmasına həsr olunmuş beynəlxalq rəsm müsabiqəsində birincilik qazanmışdı. 2013- ildə isə yeniyetmə rəssamlar Yaponiyadakı müsabiqədə daha böyük uğurlar əldə ediblər.  Cavidan Əhmədov 15 yaş kateqoriyası üzrə Nərgiz Əmiraslanlı isə 8 yaş kateqoriyasında birinci elan ediliblər.  

Cavidan Əhmədov sənətsevərlərin diqqətinə 22 rəsm tablosunu təqdim edib. Onun yeni kompozisiyaları yaradıcılıq qabiliyyətinin möhkəmləndiyindən xəbər verirlər. Bu kompozisiyalar arasında "Nuhun gəmisi", "Kənd mənzərəsi", "İki nəfər", "Bakı haqqında nəğmə", "Şahlıq quşu", "Natumort", "Möminə Xatun", "Gül qablarda" s. xüsusilə seçilirlər. Bu vaxta qədər onun dünya səviyyəsində iki sərgisi təşkil olunub. 5 yaşından etibarən Da.art studiyasında təşkil alır. Onun bu uğurlarının əldə edilməsində isə müəllimi əməkdar rəssam Dilarə Atakişiyevanın xüsusi rolu var. Yeniyetmə rəssam əl işlərini sevərək hazırlayır. Sanki söyləmək istədiklərini, duyğularını rəsmləri vasitəsilə ətrafındakılara çatdırmağa çalışır.

Bu cür möhtəşəm uğurlar Məhəmməd İsmayılov 8 yaşlı balaca rəssam Nərgiz Əmiraslanovaya da məxsusdur.            

"Abşeron" Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimovun sözlərinə görə, Yaponiyada keçirilən sərgidə 18 minə qədər rəsm işi nümayiş olunub. Onlardan da 12 rəsmi işi diplom sertifikata layiq görülüb. Mükafat alan əsərlərdən üçü məhz azərbaycanlı rəssamların əl işləridir.

Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov isə sərgidəki çıxışı zamanı bildirib ki, gənc istedadlara qayğı dövlətin başlıca məqsədlərindən biridir. Məhz 2010-cu il Azərbaycanda uşaq ili elan edilmişdi. Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin söylədiyi kimi xalq öz mədəniyyəti incəsənəti ilə tanınır.    

Sərgi fevralın 3-dək davam edəcək.  


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.