525.Az

"Skal Bakı"nın yeni prezidenti seçilib

[27.01.14]
"Skal Bakı"nın yeni prezidenti seçilib<b style="color:red"></b>

Yanvarın 24-də "Jumeirah Bilgah Beach Hotel"də "Skal Bakı" (Səyahət və Turizm Peşəkarları Beynəlxalq Assosiasiyası - "Skal İnternational"ın Bakı klubu) təşkilatının 15-ci toplantısı keçirilib.

Toplantıda Azərbaycan Turizm İnstitutunun (ATİ) rektoru, professor Cəfər Cəfərovun "Skal Bakı"nın prezidenti kimi fəaliyyətə başlaması münasibətilə andiçmə mərasimi baş tutub.

Ölkənin nüfuzlu iş adamlarının və tanınmış turizm sənayeçilərinin iştirak etdikləri tədbiri qurumun sabiq prezidenti Ruslan Quliyev açaraq təşkilatın fəaliyyəti, qazandığı uğurlardan danışıb. Prezident olduğu dövrdə qurumun gördüyü işlərdən və qazandığı uğurlardan danışan R.Quliyev C.Cəfərovun qurumun prezidenti seçilməsinə çox sevindiyini və bunu "Skal Bakı" təşkilatının növbəti uğuru olduğunu qeyd edib.

Qeyd edək ki, qurumun 14-cü toplantısında professor Cəfər Cəfərov üzv iştirakçıların yekdil səsini qazanaraq, qurumun yeni prezidenti seçilib.

Sonra çıxış edən C.Cəfərov bütün Skal nümayəndələrinə bu məsuliyyətli və şərəfli işdə göstərdikləri etimada görə minnətdarlığını bildirib. O, vəzifəsini turizm sektoru təmsilçilərinin köməyi ilə layiqincə yerinə yetirəcəyini və Azərbaycan turizminin təbliğinə yönələn yeni imkanların və vasitələrin yaradılmasına xidmət edəcəyini vurğulayıb.
 
C. Cəfərov rektoru olduğu ali təhsil müəssisəsinin də turizmin inkişafında böyük rolu olduğunu qeyd edib və bundan sonra Azərbaycanda turizm imkanlarının genişlənməsi üçün əlindən gələni edəcəyini bildirib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.