525.Az

Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat turniri keçirib

[27.01.14]
Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat turniri keçirib<b style="color:red"></b>  Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Klubunun təşkilatçılığı ilə beynəlxalq qrossmeyster, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat turniri keçirilib.
 
Qurumdan verilən məlumata görə, 5 gün davam edən yarışmanın final mərhələsi nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində baş tutub.
 
Çempionatda nazirliyin 24 qurumu və bu qurumların 100 nümayəndəsi iştirak edib. Bu, 2014-cü  ildə klubun ilk yarışıdır. Yarışı hakimlər Bəxtiyar Rüstəmov, Vitali Sopranov, Azər Abdullayev və Anar Ələkbərov izləyiblər.
 
Tədbirin final mərhələsinin açılışında FHN-nin İdman Sağlamlıq Klubunun prezidenti Füzuli Musayev, mərhum Vüqar Həşimovun atası Qasım Həşimov, Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, peşəkar kinqboksçu Pərviz Abdullayev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Rafiq Abbasov iştirak ediblər.
 
Final mərhələsində fərdi mükafatlandırmada Ramiz  İsgəndərov (FHN-nin Akademiyası) birinci yer, Elçin Əsədov ( FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi) ikinci yer, Dəyanət Məmmədov ( FHN-nin Şimal-Qərb Regional Mərkəzi)  üçüncü yer tutublar.  Qaliblər diplom, medal və qiymətli hədiyyələrlə təltif olunublar.
 
Komanda şəklində isə birinci yerə FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti, ikinci yerə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, üçüncü yerə isə nazirliyin Akademiyası layiq görülü. Hər üç qalibə kubok təqdim edilib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.