525.Az

“Gürcüstan və Azərbaycan tarixi və strateji tərəfdaşlardır”

[24.09.20]
 “Gürcüstan və Azərbaycan tarixi və strateji tərəfdaşlardır”<b style="color:red"></b>

“İkitərəfli sərhəd komissiyasının yaradılmasında iştirak etməyimdən qürur duyuram”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili özünün "Twitter" hesabımda yazdığı paylaşımında qeyd edib.

Prezident bildirib ki, Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası tezliklə başa çatdırılmalıdır: “Mən xarici işlər naziri çalışdığım zaman ikitərəfli sərhəd komissiyasının qurulmasında iştirak etmiş şəxslərdən biri olmağımdan qürur duyuram. Bu proses başa çatdırılmalıdır. Bu ortaq milli maraqlarımıza xidmət edir”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.