525.Az

Bill Qeyts koronavirusun 2022-ci ildə sona çatacağını ehtimal etdiyini bildirdi

[20.09.20]
Bill Qeyts koronavirusun 2022-ci ildə sona çatacağını ehtimal etdiyini bildirdi<b style="color:red"></b>

“Koronavirus pandemiyasının 2022-ci ildə sona çatması ehtimalı böyükdür”.

APA “Fox News”a istinadən xəbər verir ki, bunu “Microsoft” korporasiyasının qurucusu Bill Qeyts açıqlamasında bildirib.

O qeyd edib ki, problemə yalnız qlobal miqyasda yanaşılsa, 2021-ci il ərzində yoluxma sayı azala bilər: “ABŞ-ın gələn yaya qədər tamamilə normal həyat tərzinə dönəcəyinə inanıram. Bunun üçün dünyada koronavirusla mübarizəni davam etdirmək lazımdır. Çünki bu halda COVID-19-un ölkələrə "dönməyəcəyinə" zəmanət veriləcək”.

Qeyd edək ki, “Microsoft”un qurucusu daha əvvəl ABŞ-ın bu il oktyabr ayının sonuna qədər koronavirusa qarşı peyvəndi əldə edə bilməyəcəyini söyləmişdi.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.