525.Az

M.Ə.Rəsulzadənin vətənində yazdığı son vida məqaləsi- "Birlik lazımdır"

[20.01.14]
M.Ə.Rəsulzadənin vətənində yazdığı son vida məqaləsi- <b style="color:red">"Birlik lazımdır"</b>

Sovet Rusiyası tərəfindən Azərbaycanın işğalına başlanan gün – 1920-ci il aprelin 27- Azərbaycan Parlamentinin təcili fövqəladə axşam iclasında milli istiqlal hərəkatının lideri ideoloqu, Azərbaycan Xalq Cümhuriyyəti dövlətinin yaradılması işinə başçılıq etmişMüsavatbaşqanı M.Ə.Rəsulzadə hakimiyyətin kommunistlərə verilməsi ilə əlaqədar son sözündə deyirdi:

Bizim fraksiyamız təslim olmağın əleyhinədir. Fəqət firqələrin əksəriyyətinin tələbinə görə cəmaətimizin arasında daxili müharibə salmamaq üçün əlavə, bugünki kommunist firqəsinin müstəqilliyimizi müdafiə edəcəklərini nəzərə alaraq bütün ixtiyarın onlara verilməsinin tərəfdarıyam, bu şərtlə ki, kommunistlər istiqlaliyyət, millət məmləkətimizi layiqincə müdafiə etsinlər. Əgər bunlara əməl olunmazsa ixtiyarımızı geri alaraq həqqimizi özümüzdə saxlayacağıq”.

Aprelin 28-Azərbaycanqəzetinin sonuncu – 85-ci (443-) nömrəsində M.Ə.Rəsulzadənin vətənində sonuncu məqaləsi işıq üzü görmüşdü. Bu, “Birlik lazımdırsərlövhəli dövrün keçilən istiqlal hərəkatı yolunun qısa elmi təhlili gələcək vəzifələrə həsr olunmuş məqalədir. Bu günümüz gələcəyimiz üçün böyük tarixi dəyərini nəzərə alaraq onu “525-ci qəzetin oxucularına təqdim edirəm.  

Bulunduğumuz vəziyyətin, keçirdigimiz dəmlərin ciddiyyət məsuliyyəti hər zamandan daha ziyadə bizi tənbeh etməsi bir tərəfdə, aramızdakı cərəyanların salim əmin bir istiqamətdə durmamaları digər tərəfdə, artıq həpimiz üçün bir şüarı, bir vəzifəyi bütün əhəmiyyəti ilə bərabər təlqin ediyor:

Birlik lazımdır!

Tarix müşkül vəziyyətləri, möhlik dəmləri hər zaman təkrar etmiş hər təkrarda millətlərə bir təcrübə təcrübə ilə bərabər həqiqi bir vəzifəyi əmr eləmişdir.

Bir millətin hali-rəşadətdə olduğu bir cəmaətin müqtədir vəzifəşünas bulunduğu o zaman məlum olur ki, o millət mucibi-tənqid dəmlərdə əql mühakiməsini itirmədən müəyyən bir yol ilə səlamət istiqbalına təmas edən məsələlərə hakim oluyor.

Macəraçuluğun nəticədə daima müvəffəqiyyətsizlik peşimançılıq hüsula gətirdigi bizim bu Rusiya dövri-inqilabında bizzat öz həyatımızda dəxi görüb bildigimiz bir həqiqətdir.

Macəraçuluğa bir siyasət xəyalda, əməldə qədər dadlı olsa, dərəcə cazib bulunsa da həqiqətdə bir çox acılıqları, bir çox xəsaratlıqları mucibdir ki, bir məmləkətin bilxassə bizim kibi yeni gənc bir dövlətin həyat istiqbalına ancaq mənfi bir təsir yapar.

Bu gün bizə bir Şimal təhlükəsi bütün vüzuhilə vardır. Bu təhlükənin faidəsini təsəvvür edənlər, bu təhlükədən istifadə etməgi düşünənlər bugünki millətlər siyasətinin, dövlətlər ahənginin həqiqi simasına az vaqif olan, gərək əqldə, gərəksə məntiq cəhətincə zəif  bulunduqlarındandır ki, iştə biz bunlara da bütün səmimiyyət ciddiyyətimizlə deyiriz: birlik lazımdır. Birligimiz bir qüvvət, bir müdafiə sipəri meydana çıxara biləcəgi halda birliksiz, bərabərsizlik zəifiyyət, ricətdən başqa bir nəticə hüsula gətirəməz.

Bütün siyasi firqələr Müsavat, İttihad sosialist, Əhrar hər əqlli-başlı, siyasətdən, zamandan xəbərdar şəxslər şimdi möhkəm bir qala hasar kibi cəmaət məmləkəti əhatə etməli bir şüar, bir fikir, bir vəzifə ilə hökumətimizə pişrov olmalıdır.

Bugünki vəziyyət bizim üçün bir müdafiə vəziyyətidir. Bu müdafiə qədər intizam qaidə ilə, dərəcə inzibat intizam ilə olursa, o qədər hal istiqlaldan əmin qala biləriz.

Şimdi hər vətəndaş kəndi bacara biləcəgi vəzifə ilə müttəhid bir qüvvət halında hazırlanmalı hökumətimizin bütün əmrlərinə, bütün qərarlarına riayət edərək bir müdafe halında gözükməlidir. Biz əminiz ki, bu birliklə bugünki vəziyyətdən biz zərərsiz, xəsarətsiz çıxa bilər istiqlal tariximizin bugünki səhifəsini qurtarıb yolumuzda iləriləriz.

İstiqlal tarixi filhəqiqə bizə bir çox müzahim müşkülatı çıxardı. Fəqət hər bir zamanda biz bu müzahim müşkülatı iqtisam etdik. Yenə yüksələn bir bayrağı göz bəbəgi kibi, hifz edilən istiqlalı aslan kibi mühafizə müdafiə etdik; bizim qüvvətimiz həqqimizdir. Həqq yoluna imanımız istiqlalımızda ən baş bir şüarı olduğu kibi bütün müvəffəqiyyətlərimizin bir ələmdarıdır.

Bu cəhətlə şimdi hər vətəndaş vəzifə başına şitab etməli, vəzifəsinə sadiq qalan vətəndaşın istiqlal vətənə müdafe xadim ola biləcəgini iman etməlidir.

İman, iman! İştə bu günün ən qüvvətli müdafei, ən qüvvətli amili budur.

Əvvəlbaəvvəl məmləkətimiz daxilində asayiş intizamı xələldar edəcək ünsürlərə qarşı vətənini sevən hər azərbaycanlı təyəqqüz durmalıdır ki, daxildə kiçik bir intizamsızlığın xaricdəki əhvala əksi bir təsiri yapması məmuldur.

Qalayı daxildən zəbt edərlərdeyərlər.

Filhəqiqə qalanın daxili hər zaman hər dürlü hiylə intriqalara bir zəmin olur.

Qalayı daxildə haman mühafizə etməklədir ki, bugünki vəziyyətimizi lehimizə çevirə biləriz.

Bizim qalanın ən çox zərərverici ünsürləri macəraçular, macəraçuluq olduğuna görə bittəbii əvvəl baəvvəl bunlardan təhəffüz etməlidir.

Binaənileyh bütün vətəndaşlar sükun intizamla bərabər bir şüar ilə amal olmalıdır ki, o da:

Birlik! Birlik!

Azərbaycan”, 28 nisan (aprel) 1920, №85

Müzahimzəhmət verən, çətinləşdirən
Təyəqqüzoyanma; məc. gözüaçıqlıq
İqtisampaylaşma, bölüşmə
Möhlikçox təhlükəli
Şitabtələsmə
Məmularzu edilən, ümid edilən
Təhəffüzqorunma

Şirməmməd HÜSEYNOV

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.