525.Az

Sevgi kitabında iri bir nida!

PƏRVİNin təqdimatında "Yüz Gözəl Sevgi Şeiri"


[20.01.14]
Sevgi kitabında iri bir nida! <b style="color:red"></b>

O qız yaxındadı...” – deyirdi İlham.

 

Onsuz yaşaya bilmərəm...” – dedi Fərizə.

 

Bu ən nikbin ən çarəsiz, ağır etirafların arası cəmisi on ay çəkdi. Taleyin, qismətin diqtəsi imiş... Nişanlarından ölümlərinə kimi!

 

Çoxdan gözaltı elədiyi Fərizəylə nişanlananda; , anasının əlindəki o böyük xonça da, bacısının təkcə ona görə yox, həm rəfiqəsinə görə atılıb-düşüb sevinməsi , atasının ciddiləşibdaha uşaq deyilsən, evlənirsən...” deməsi başqa həyatdan, xoşbəxtlikdən soraq idi.

 

Tamam fərqli sonu gözləyirdi İlham.

 

Başqa arzularla taxdı üzüyü barmağına Fərizə.

 

Ölüm bizi ayıranadək...”, “Bizi yalnız ölüm ayıra bilər”, “Ölümdən savayı, heç girə bilməz aramıza”... deyir sevənlər bir-birinə. Bəzən sadəcə, elə-belə söz xatirinə, birgə ağlamaq, yaxud məhəbbətini bu yolla daha ifadəli, daha təsirli demək xatirinə. Amma əsl eşqi, göy hisslərini yaşayanların dilinə gəlməz belə sözlər... Çünki ölümün özü belə bəzən aciz-aciz baxır bu sevgilərə...

 

O gecə! İlhamın qapqara xəbəri... Anası yerdəki qan gölməçəsini tanımışdı, şirin gəlmişdi ona bu qanın rəngi... Xəstəxanadakı şərf çox şey demişdi onlara. Amma son dəqiqəyə, son saniyəyə kimi itirmirdilər ümidlərini.

 

Son! Bütün ümidlərin öldüyü son!

 

Tək bir İlhamın anası deyildi gözüyaşlı... Bu dərd elinən gəlmişdi... Amma heç vaxt soyumayacaqdı, qaysaqlanmayacaqdı yaralar...  10 il, 20 il, 24 il sonra da yandıracaqdı hər kəsi. Güllə səsinə ürpənəcəkdi yaşlılar, müharibə təhlükəsindən qorxacaqdı cavanlar... O günlərə aid kadrlar belə, o günlərdən danışan söhbətlər belə dalayacaqdı ürəklərin başını...

 

Millət xoşbəxt deyilsə, sən xoşbəxt ola bilməzsən. Qapının o tayında aclıqdısa, evində qarındolusu yeməyin olsa belə, sən acsan... Çoxluq ağlayırsa, qapı-pəncərəni kip bağlayıb gülməyin şənlik, sevinc gətirməyəcək sənə... Sülh həm bunun üçün lazımdı! Xoşbəxtliyi, lap heç kəsin bilmədiyi, hamıdan mübhəm saxladığın səadəti tam yaşamağın üçün. Ona görə müharibələr, bəlalar, fəlakətlər ilk öncə insan hisslərini sirinsidir, korşaldır, məhv edir. Dünən qoynundan yerə qoymadığı, əzizlədiyi körpəsini tapdalayıb keçməli olur gənc ana... O cavan oğlan da dəlicəsinə sevdiyi qızın üzünə baxmır artıq. Axı qonşuya qapqara bir kağız gəlibsə, divarın o tərəfindən hönkürtü səsləri, ağı sədaları eşidilirsə, dil necə dönsün sevgidən danışmağa?!

 

İlham da öz yeni mənzilinə çəkilib cavan xanımı ilə xoşbəxt yaşaya bilməzdi. Özündən utanardı, gələcəkdə uşağının üzünə baxa bilməzdi...

 

Bəxtiyar VahabzadəŞəhidlərpoemasında yazır:

 

Dözməyib qatilin kəshakəsinə, 
 İlham çölə çıxdı güllə səsinə. 
 Gördü qırhaqırdı, gördü vurhavur, 
 Tanklar adamların üstünə cumur. 
 Bağırdı: – Soldatlar, neyləyirsiniz, 
 Axı, bunlar ilə siz birsiniz. 
 Axı, bu adamlar silahsızdılar. 
 Soldatlar daha da coşub qızdılar. 
 ... Bu sözlər İlhamın son sözü oldu, 
 Ona da bir güllə... o da vuruldu. 
       
 O güllə Fərizənin həyatına, arzularına, gələcəyə ümidlərinə son qoymuşdu... Fərizə karıxdırdı ölümü. Cəmisi 6 aylıq evliliklərinin hər gününü  keçirdi gözləri önündən. Birinci dəfə imkan vermədilər özünü yandırmağa. Amma ikinci kərə, hamını yuxuya verib İlhamın palpaltarına sarıldı, qoxusunu aldı... Vidalaşdı onlarla, eviylə, o divarlar arasında keçirdikləri xoş günləriylə, xatirələri xəyalları ilə, bətnində döyünən bapbalaca ürəklə vidalaşdı. Çəkdi başına ölüm şərbətini... “Qapısı bağlandı, ocağı söndü...”

 

Bir qəhrəmanlıq dastanına, eşq nağılına döndülər o gündən. Şəhidlər Xiyabanında ilk qəbirə çevrildilər. Şairlərin yuxusunu qaçırdılar, sevənlərə nümunə oldular... Haqlarında əsərlər, poemalar, povestlər yazıldı... Toy günləriSevgililər günüelan olundu. Amma bütün bunlar təsəllidirmi?! Doğmalardan, yaxınlardan, valideynlərdən ötrü təsəlli deyil. Fərizəni zəif sayanlar da, ittiham edənlər , ölümündən sonra öyüd verənlər, hətta bu faciəvi taleyinə ağız büzənlər tapıldı. Sevgidən xəbərsiz bəxbəxtləryəqin başqa səbəb varmışdedilər. Amma səbəb?! Sevgidən savayı hansı hiss, hansı duyğu gənc xanımı, hamilə qadını buna sövq edə bilər ki?!

 

 

O anda sarmaşıb məhəbbətinlə 
 Allahdan sən nəyi dilədin, qızım? 
 Sən, axı, ərinə sədaqətinlə 
 Körpənə xəyanət elədin, qızım. 
 Sınayar bəndəni Allah, çətində 
 Batdın bir günahda iki günaha. 
 Xəyanət işlətdin sədaqətində 
 Körpəyə qıymaqla qıydın sabaha. 
 Bəlkə... açılmamış solan o gözlər 
 Ulu zirvələrə yol açacaqdı. 
 Bəlkə o gözlərdən doğacaq səhər, 
 Zülmət dünyamıza yol açacaqdı. 
 Ey mənim yurdumun vəfadar qızı, 
 Vəfan cəfa oldu... gör sən neylədin? 
 Son öz bətnindəki o günahsızı 
 Hələ doğulmamış şəhid eylədin.

 

Bəxtiyar VahabzadəninŞəhidlərpoemasından gətirdiyim parçada ağsaqqal məsləhəti, müdrik insan öyüdü duyulur. Amma şeirin əvvəlki misralarında qoyulan suala cavab axtaranda hər şey məlum olur... ŞairHansı tərəziylə, daş ilə ölçək eşqini, qəsdini bu gözəl qızın?” – deyir. Yeganə meyar sevgidi burda... Hətta içində böyüyən körpədən belə önəmli olan sevgi... Real sevgisinin, ərinin dərdi, ağrısı hələ mücərrəd məfhum kimi qavranılan övladından daha önəmlidi Fərizə üçün. Yəqin İlham da Fərizə hamiləliyi biləndə gələcək körpələri haqqında xəyallar qurublar, ad düşünüblər, kimə oxşayacağını da fikirləşiblər. Amma İlhamın ölümü ilə Fərizəyçün bu xəyallar ölür, ona görə heç fikirləşmədən, körpəsini belə gözünə almadan qıyır canına. 

 

Şeirin növbəti bəndlərini Bəxtiyar Vahabzadə məhz bu anlayışla, düşüncəylə yazıb:

 

Həm çox çətindir danlamaq səni. 
 Sən həm fədakarsan, həm günahkar 
 Bu cür şəhidliyin başqa rəngi var. 
 Zaman hər hökmündəhakiməm” – deyib 
 Belə şəhidliyi amma görməyib. 
 Bilmirəm, deyək bunun adına? 
 Bütün hüdudları aşan şəhidlik 
 İkiqat, ya üçqat? 
 Ərdən qadına, 
 Anadan balaya düşən şəhidlik.  

 

Bir anlıq dərinə gedəndə adamın içindən hönkürmək gəlir. Sevginin böyüklüyünə ağlamaq istəyirsən... Amma Fərizənin intihardan öncə anasına yazdığı bir neçə kəlmə hamımıza ismarışdı bəlkə: “Ana, məni ağlama. Heç biriniz ağlamayın. Mən İlhamsız yaşaya bilmərəm. Onsuz da...”

 

Düzdü! Onsuz da... ONSUZ...

 

PƏRVİN

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.