525.Az

Vətəndaş cəmiyyəti institutları dövlətin başlıca tərəfdaşı kimi

[20.01.14]
Vətəndaş cəmiyyəti institutları dövlətin başlıca tərəfdaşı kimi<b style="color:red"></b>

Azərbaycan dövlətinin inkişaf strategiyasında hüquqi dövlət quruculuğuna, vətəndaş cəmiyyətinin inkişafına xüsusi önəm verməsi danılmaz faktdır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasət hazırda dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı demək olar ki, əksər çıxışı zamanı, eləcə atdığı addımlarda vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsinə, hüquqi dövlət quruculuğuna böyük önəm verdiyini göstərir.

Müstəqil Azərbaycan dövlətinin hüquqi dövlət quruculuğu sahəsində atdığı addımlardan biri ölüm hökmünün ləğvi idi. 1998-ci ilin 10 fevral tarixində ölüm cəzasının ləğv olunması ilə əlaqədarAzərbaycan Respublikası Cinayət, Cinayət Prosessual İslah-Əmək Məcəllələrinə dəyişikliklər əlavələr edilməsi haqqındaQanun qəbul edildi. Qanuna əsasən ölüm hökmü cəza sistemindən çıxarılaraq, ömürlük azadlıqdan məhrumetmə cəza növü ilə əvəz olundu. Bu qanunun qəbulu ölkəmizin hüquq sisteminin sivil normalara uyğunlaşdırılması baxımdan qədər mühüm hadisə idisə, bir o qədər insan hüquq azadlıqlarının qorunması yönündə vacib humanist akt kimi dəyərləndirilməlidir. Bununla Azərbaycan dövləti hüquqi dövlət quruculuğuna böyük əhəmiyyət verdiyini bir daha nümayiş etdirmiş oldu.

İlk dəfə insan hüquqları üzrə müvəkkil institutunun təsis edilməsi, həmçinin 18 iyun 1998-ci il İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncam imzalanması da hüquqi dövlət quruculuğu sahəsində mühüm addımlardan idi. 30 noyabr 1998-ci il Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun yaradılması haqqında sərəncam verildi. 2001-ci il dekabr ayının 25- Avropa İnsan Hüquqlarının əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyasını təsdiq edilməsi Azərbaycanın bir daha sivil standartların, vətəndaş hüquqlarının təminini sahəsinin dəyişilməz istiqaməti olduğunu sübut etdi.

Vətəndaş cəmiyyəti institutlarının inkişafı sahəsində atılan digər addım senzuranın ləğvi idi. Məlum olduğu kimi müasir dövrdə cəmiyyətə təsir imkanı baxımından ən üstün imkanlara malik institutlardan biri kütləvi informasiya vasitələridir. Məhz bu baxımdan adıçəkilən sektorun inkişaf səviyyəsi həm o dövlətdəki ümumi yüksəliş səviyyəsinin, demokratik durumun göstəricisi sayılır. Ölkəmizin uzun illər totalitar sovet cəmiyyəti daxilində yaşamasına baxmayaraq, müstəqilliyimizi bərpa etdikdən cəmi beş il sonra milli lider Heydər Əliyev tərəfindən 8 avqust 1998-ci ildəQlavlitinSenzura idarəsinin ləğv olunması kimi cəsarətli vətəndaş cəmiyyəti quruculuğu yönündə mühüm qərar qəbul edildi. 7 dekabr 1999-cu ildə isə Azərbaycan Respublikasının prezidenti, cənab Heydər Əliyev tərəfindənKütləvi informasiya vasitələri haqqındaAzərbaycan Respublikasının Qanunu imzalanaraq qüvvəyə mindi. 2003- ildə isə beynəlxalq təcrübənin daha bir öncül nümunəsindən yararlanılaraq cəmiyyət, dövlət orqanları kütləvi informasiya vasitələri arasında münasibətlərin ictimai tənzimlənməsi mexanizmi kimi Mətbuat Şurası () yaradıldı. keçən dövr ərzində KİV-in bütün əlaqəli institutlarla münasibətlərinin ictimai mexanizm olaraq tənzimlənməsi yönündə mühüm orqana çevrildi.

Müstəqilliyimizin ilk on ilinin reallığı ondan ibarət idi ki, “qeyri-hökumət təşkilatıifadəsi bəzi hökumət rəsmiləri tərəfindən ehtiyatla qarşılanır ya dövlət əleyhinə olan qurumlar kimi qəbul olunur bu səbəbdən onlarla hər hansı bir ciddi əməkdaşlıqdan imtina edilirdi. Bütövlükdə Azərbaycan cəmiyyətinin geniş təbəqələrinin həyatımızın ən müxtəlif sahələrini əhatə edən çoxşaxəli QHT fəaliyyəti haqqında təsəvvürləri çox məhdud idi. Təbii ki, belə şəraitdə effektiv şəkildə çalışmaq, cəmiyyət üçün zəruri olan işləri, tələbləri uğurla icra etmək çox çətin idi. Ümummilli lider Heydər Əliyev digər bütün sahələrdə olduğu kimi, ictimai sektorla bağlı da ilkin vacib qərarı qəbul edərək, arada olan buzu sındırmaq QHT-lərə münasibətdə formalaşmış ədalətsiz sterotipi aradan qaldırmaq missiyasını öz üzərinə götürərək 3 nəfər QHT rəhbərini (Qadın İnkişaf Mərkəzinin sədri Elmira Süleymanova, SECA beynəlxalq fondunun prezidenti Rövşən Xəlilov Milli QHT  Forumunun prezidenti Azay Quliyev) 1999-cu ilin noyabr ayında ATƏT-in İstanbul Sammitində iştirak edən nümayəndə heyətinin tərkibinə daxil etdi. Bu missiyanın davamı olaraq, İstanbul Sammitinin yekununa həsr edilmiş müşavirədə Heydər Əliyev QHT nümayəndələrinə çıxış etmək imkanı da yaratmaqla dövlət başçısı kimi onlara öz müsbət münasibətini bir daha bəyan etdi. Bu addım eyni zamanda mövcud olan şəffaf dövlət-QHT münasibətlərinin hakimiyyət ierarxiyasında ən yüksək səviyyədə zəminin formalaşdırılması demək idi.

1998-ci ildəQrant haqqında”, 2000-ci ildəQHT-lər (ictimai birliklər fondlar) haqqındayeni qanunun qəbul edilməsi Heydər Əliyevin yaradıcı dühasının məhsullarından sayılır. 2003- ildəHüquqi şəxslərin dövlət qeydiyyatı dövlət reyestri haqqındaqanunun qəbul edilməsi QHT-lərin qeydiyyatında vahid sistemin tətbiqini təmin etdi.  Sonrakı mərhələlərdə bu sahədə yeni qanunların qəbulu daim uğurla davam etdirilir.

Birbaşa demokratiyanın ən uğurlu modellərindən olan yerli özünüidarəetmə institutunun yaradılması da məhz Heydər Əliyevin adı titanik siyasi fəaliyyəti ilə əlaqədardır. Belə ki, 2 iyul 1999-cu il tarixdə Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Həmin tarixdə eyni zamandaBələdiyyələrə seçkilərin qaydaları haqqındaqanun da qəbul olundu. Bu da vətəndaş cəmiyyətinin formalaşması sahəsində mühüm addım oldu.

Heydər Əliyevin böyük müdrikliklə, uzaqgörənliklə on illər öncə müəyyənləşdirdiyi siyasi kurs nəticə etibarilə hazırda ölkə QHT-lərini cəmiyyətin ən fəal, dinamik çevik ictimai qüvvəsinə çevirib. Heç şübhə yox ki, İlham Əliyev bu siyasəti uğurla davam etdirərək, ölkədə vətəndaş cəmiyyətinin inkişafı üçün zəruri tədbirləri həyata keçirilməsi istiqamətində mühüm irəliləyişlərə nail olub. Bu, bir faktdır ki, bu sırada ən mühüm hadisə 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması oldu. Bununla da QHT-lərin inkişafında yeni bir mərhələnin başlanğıcı qoyuldu. Şuranın simasında Azərbaycanda çevik, cəmiyyətə açıq milli donorun yaradılması, ona ayrılan vəsaitin ilbəil artırılması İ.Əliyevin vətəndaş cəmiyyətinin inkişafına dərəcədə böyük önəm verməsinin bariz göstəricisi sayılmalıdır. Keçən 5 illik fəaliyyəti ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 1800-dən artıq QHT layihəsinin reallaşdırılmasına ümumilikdə 12 milyon manata yaxın vəsait ayırıb.

Hazırda nəinki ölkəmizdə, hətta əcnəbilərin etiraf etdiyi kimi dünyada yeni normalar sistemi-Azərbaycan standartları yaranmaqdadır. QHT sektorunda da Azərbaycan modelinin yaranması özünü bir sıra ölçülərdə göstərir ki, onlardan da biri artıq Azərbaycanın ölkə xaricində, beynəlxalq camiyədə fəaliyyət göstərən institutlara yönəlik yardım konsepsiyasıdır. Sevindirici haldır ki, ötən müddət ərzində Azərbaycan vətəndaş cəmiyyəti sektorunun qazandığı təcrübə örnək kimi göstərilməkdədir. 2011-ci ildə Budapeşt şəhərində Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası nümunəsi, ən nümunəvi model kimi Avropa vətəndaş cəmiyyəti strukturlarına tövsiyə edilib ki, bu da qısa zaman kəsimində ölkəmizin sözügedən sahədə xeyli uğurlar qazanmasının sübutudur.

Sevindirici haldır ki, Azərbaycanın artıq qrant alan ölkədən qrant verən ölkəyə çevrilib. İ.Əliyevin bu fikirləri onun ölkədə güclü vətəndaş cəmiyyəti qurmaqda çox qərarlı olduğunu göstərir: “... Vətəndaş cəmiyyətinin yaradılması möhkəmlənməsi, demokratikləşmə prosesinin möhkəmlənməsi, hüquqi dövlətin qurulması sadəcə olaraq bir şüar, yaxud da bir niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir”. Dövlət başçısının bu fikirləri eləcə onun birbaşa dəstəyi ilə qəbul olunanİctimai iştirakçılıq haqqındayeni qanun ölkədə vətəndaş cəmiyyətinin inkişafında yeni-yeni uğurların hələ çox olacağının işartılarıdır.

AQİL


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.