525.Az

Şanlı və qanlı tarix

AZƏRBAYCAN XALQI HEÇ VAXT MÜSTƏQİLLİK UĞRUNDA QURBAN VERDİYİ OĞUL-QIZLARINI, ONLARIN XATİRƏSİNİ YAŞADANLARI UNUTMUR


[20.01.14]
Şanlı və qanlı tarix <b style="color:red"></b>

DH-Hüquq ConsultingŞirkətinin vitse-prezidenti,
hüquq elmləri namizədi

“...Bu antihumanist, konstitusiyaya hüquqa zidd hərəkəti ittiham edərkən Sov.İKP-nin Azərbaycan KP MK-nın bu cinayətin üstünü açacağına günahkarları üzə çıxaracağına ümid edirdim. Artıq ilyarım vaxt keçib. Nəinki bu dəhşətli cinayətlərin hamıya çoxdan məlum olan günahkarları üzə çıxarılmayıb, əksinə bunları ört-basdır etmək üçün əllərindən gələni edirlər. Ümid edirlər ki, bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri on illər keçsə , unutmaq bağışlamaq mümkün deyil”.

Heydər Əliyev
19 iyul 1991-ci il

Düz 24 il bundan əvvəl yanvarın 19-dan 20-ə keçən gecə Azərbaycan xalqının milli azadlıq hərəkatında qanla yazılan şərəfli bir tarix yaşandı. İmperiya bütün gücünü səfərbər edib Azərbaycan xalqının azadlıq mübarizəsini topun-tüfəngin, tankların gücü ilə yatızdırılmağa cəhd göstərdi. 1990- il yanvarın 19-dan 20- keçən gecə Sovet ordusu erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirdi.

Yüzlərlə insan gülləyə tuş gəldi, yüzlərlə insan ağır yaralandı, yüzlərlə insan itkin düşdü. Daha dəqiq desək, Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 nəfər mülki vətəndaş öldürüldü, 600 nəfərdən çox adam yaralandı. Sovet ordusunun əsgərləri Bakının küçələrini qan gölünə çevirdilər.

Buna baxmayaraq, 20 Yanvar hadisəsi Azərbaycanın azadlığı ərazi bütövlüyü uğrunda mübarizə idi. Qırğın qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. Bu, uzun illər Sovet İmperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm kimin kim olduğunu sübut edən növbəti imtahan idi.

20 Yanvar hadisələri  həm xalqımıza müəyyən dərslər çıxarmaq üçün vasitə oldu. Xalqın qarşısına qəhrəman kimi çıxan, özünü Azadlıq aşiqi kimi qələmə verənlərin  çoxu bu imtahandan üzüağ keçə bilmədilər. Adları hər kəsə bəlli olan bu şəxslərin çoxu sonrakı proseslərdə siyasətin mərkəzində olmağa çalışdılar da, buna müyəssər olmadılar. Xalq onların çoxunu məhz 20 Yanvar hadisələri zamanı tanıdı. Xalq gördü ki, silahsız insanları topun, tüfəngin qarşısına çıxaranların çoxu həmin gecə qeybə çəkildi. Onlardan heç birini meydanlarda, barrikadalarda görən olmadı. Qəribədir ki, tarix yazılan həmin günlər xalqa xəyanət edənlərin bir çoxu bu gün siyasətdədir. Onların əksəriyyəti bu gün müxalifət düşərgəsində cəmləşib yenə öz məqsədlərinə nail olmaq üçün xalqı aldatmağa çalışırlar. Amma yaddan çıxarırlar ki, bu hadisələr çox da uzaq tarixdə olmayıb. Azərbaycan insanı baş verənlərin canlı şahidi kimi kimin-kim olduğunu açıq-aydın görür. Azərbaycan insanı yaxşı bilir ki, həmin o ağır dövrdə xalqın köməyinə çatan məhz ümummilli lider Heydər Əliyev oldu. Baş verənlərlə bağlı informasiya blokadasını yaran, hadisələrin mahiyyətini heç nədən qorxmadan dünyaya car çəkən şəxsiyyət məhz Heydər Əliyev idi. Həmin vaxt Moskvada yaşayan xalqımızın böyük oğlu ciddi nəzarət altında olmasına baxmayaraq elə faciənin səhərisi günü öz sözünü dedi. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990- il yanvarın 21- oğlu, o çətin günlərdə ulu öndəri bir an belə tək qoymayan möhtərəm Prezidentimiz İlham Əliyevlə birlikdə ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəldi, təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən Mixail Qorbaçovu kəskin ittiham etdi. SSRİ-nin hələ hökm sürdüyü bir vaxtda onu başçısını paytaxtın özündə tənqid etmək, sözün əsl mənasında, böyük hünər cəsarət istəyirdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990- il 21 yanvar tarixli bəyanatı həm faciəyə verilən ilk siyasi qiymət idi.

Təbii ki, bütün bunlar ağır bir faciə ilə üz-üzə qalan Azərbaycan üçün böyük təsəlli idi. İnsanlar gördülər ki, tək deyillər, xalqın böyük oğlu dar gündə onlarladır. Bu çıxış, verilən bəyanatlar Azərbaycan xalqını ruh düşkünlüyünə düçar olmaqdan qorudu, azadlıq mübarizəsinə yeni ruh verdi. Ümummilli liderin bu addımı, bu cəsarəti həmin vaxt özlərini siyasətçi kimi xalqa sırıyanlara da bir mesaj oldu. Heydər Əliyev sonrakı dövrlərdə 20 Yanvar hadisələri ilə bağlı mövqeyini dəyişmədi. İmkan düşən kimi, bu hadisələri pislədi, onu törədənlərin cəzalandırılması təşəbbüsü ilə çıxış etdi. 

Məsələn, Azərbaycan Ali Sovetinin deputatı seçiləndən sonra da baş verənlərin heç vaxt unudulmayacağı mesajını verdi. 7 mart 1991-ci il tarixdə Azərbaycan Respublikası Ali Sovetinin sessiyasındakı çıxışında baş verənləriİttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüzkimi xarakterizə etdi. Bu bəyanat o vaxt verilirdi ki, SSRİ hələ mövcudluğunu qoruyub saxlayırdı. İttifaqın hədə-qorxu maşını hələ fəaliyyətdə idi.

Bununla kifayətlənməyən Heydər Əliyev sonrakı dövrdə məhz 20 Yanvar hadisələrinə görə partiya Sovet İttifaqı Kommunist Partiyasının sıralarından çıxdığını bəyan etdi. Partiyanı çıxmaqla bəyanatında ümummilli lider 20 Yanvar hadisələrinə xüsusi vurğu ilə toxunurdu: “Bu antihumanist, konstitusiyaya hüquqa zidd hərəkəti ittiham edərkən Sov.İKP-nin Azərbaycan KP MK-nın bu cinayətin üstünü açacağına günahkarları üzə çıxaracağına ümid edirdim. Artıq ilyarım vaxt keçib. Nəinki bu dəhşətli cinayətlərin hamıya çoxdan məlum olan günahkarları üzə çıxarılmayıb, əksinə, bunları ört-basdır etmək üçün əllərindən gələni edirlər. Ümid edirlər ki, bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri on illər keçsə , unutmaq bağışlamaq mümkün deyil”.

Xalqın təkidli tələbləri ilə hakimiyyətə gələndən sonra da Heydər Əliyev 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymətin verilməsini diqqət mərkəzində saxladı. Bu hadisələrə lazımi siyasi-hüquqi qiymətin verilməməsi Heydər Əliyevi çox düşündürür narahat edirdi. O bilirdi ki, tarix qarşısında bunun edilməsi çox vacibdir. O bilirdi ki, 1990- ilin yanvarından sonra hakimiyyətdə olan qüvvələrin bu məsələdə öz üzərlərinə düşən vəzifəni yerinə yetirə bilməyiblər. Çünki həmin qüvvələrin hər birinin bu hadisələrdə bu ya digər şəkildə günahı, məsuliyyəti var idi. 20 Yanvar hadisələrindən sonra hakimiyyətə gətirilən Ayaz Mütəllibov birbaşa Moskvaya bağlı adam idi. Onun Moskvanın törətdiyi cinayətə hüquqi-siyasi qiymət vermək cəsarəti yox idi. O yaxşı bilirdi ki, hadisənin günahkarları arasında öz adı da olmalıdır. 1990- il yanvar ayının 22- çağırılan Azərbaycan Ali Sovetinin fövqəladə sessiyası öz işini yarımçıq qoymuş sonrakı sessiyalarda bu məsələnin müzakirəsini davam etdirməmişdi. Ali Sovetin yanvar hadisələrini tədqiq etməli olan komissiyasının işi başa çatdırılmamış qalmışdı.

Ondan sonra hakimiyyətə gələn AXC-Müsavat cütlüyünün 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verməsi mümkün deyildi. Çünki onların bir çoxu bu hadisələrin baş verməsində məsuliyyət daşıdıqlarının fərqində idilər. Məhz bu baxımdan bu qanlı tarixə hüquqi-siyasi qiymət vermək missiyası ümummilli lider Heydər Əliyevin üzərinə düşdü. O, ikinci dəfə hakimiyyətə gələndən sonra əsas işlərdən biri kimi məhz buna diqqət yetirdi. 1994- il yanvarın 12- keçirdiyi müşavirədə Prezident Heydər Əliyev bu barədə deyirdi: “...Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər”. Bu sözlərin davamı kimi, Heydər Əliyev 5 yanvar 1994- ildə  “20 Yanvar faciəsinin 4- ildönümünün keçirilməsi haqqındafərman imzalayaraq Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılmasını tövsiyə etdi. Məhz bu tövsiyədən sonra Milli Məclis 1994- il martın 29-da 20 Yanvar hadisələrinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verdi. Qərarda 1990- ilin 20 Yanvar hadisələri Azərbaycanda vüsət almış milli-azadlıq hərəkatını boğmaq, suveren bir dövlət amalı ilə ayağa qalxan xalqın inam iradəsini qırmaq, belə bir yola qədəm qoyan xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz cinayət kimi qiymətləndirildi.

Sənəddə Sovet İttifaqı Kommunist Partiyasının, sovet dövləti hökumətinin, şəxsən Mixail Qorbaçovun Azərbaycana qarşı ağır cinayət törətdikləri, Əbdürrəhman Vəzirovun, Ayaz Mütəllibovun, Viktor Polyaniçkonun, Vaqif Hüseynovun xalqımıza xəyanət etdikləri siyasi-hüquqi müstəvidə öz əksini tapdı. Azərbaycan SSR Ali Soveti Rəyasət Neyətinin sədri Elmira Qafarovanın, Bakı Şəhər Partiya Komitəsinin birinci katibi Müslüm Məmmədovun bu qanlı faciənin törədilməsində məsuliyyət daşıdıqları digər məsələlər sənəddə qeyd olundu.

Amma ümummilli liderin 20 Yanvar hadisələri ilə bağlı fəaliyyəti bununla da kifayətlənmədi. Heydər Əliyev fəaliyyəti dövründə həmişə 20 Yanvar şəhidlərini, onların ailə üzvlərini daim diqqət mərkəzində saxlayır, onları heç vaxt diqqətdən kənarda qoymurdu. 20 Yanvar faciəsinin bütün ildönümlərində şəxsən Şəhidlər Xiyabanını ziyarət edən Prezident, şəhid ailələrinə müraciətlə bütün Azərbaycan xalqı adından onlara başsağlığı verir, problemləri ilə yaxından maraqlanırdı. Bu gün ulu öndərimizin layiqli davamçısı, Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir, şəhid ailələrinə daim dövlət qayğısı göstərilir.

İllər keçir, amma tarix heç vaxt yaddan çıxmır. Azərbaycan xalqı heç vaxt müstəqillik uğrunda qurban verdiyi oğul-qızlarını, onların xatirəsini yaşadanları, bu hadisələrin tarixi qiymətini verənləri unutmur.

Hacı İBRAHİMOV

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.