525.Az

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının XII Zirvə Toplantısı keçirilir

[16.10.12]
Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının XII Zirvə Toplantısı keçirilir<b style="color:red"></b>

Bu gün Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının XII Zirvə Toplantısı işə başlayıb.

APA-nın məlumatına görə, tədbirə Azərbaycan prezidenti İlham Əliyev, Pakistan prezidenti Asif Əli Zərdari, İran prezidenti Mahmud Əhmədinejad, Əfqanıstan prezidenti Həmid Kərzayi, Tacikistan prezidenti Emomali Rahmon, Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğan, Özbəkistan parlamentinin sədri İlgozar Sobirov, Qazaxıstan, Qırğızıstan, İordaniyadan yüksək vəzifəli hökumət nümayəndələri qatılıblar.

Tədbirin keçirildiyi Heydər Əliyev Mərkəzinə gələn yüksək səviyyəli qonaqları burada Azərbaycan prezidenti İlham Əliyev qarşılayıb. Əvvəlcə tədbirə qatılan prezidentlər xatirə şəkli çəkdiriblər.

Tədbirdə İƏT-in keçmiş 11-ci toplantısı adından Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğanın və Azərbaycan prezidenti Ilham Əliyevin çıxışı , İƏT Xarici İşlər Nazirləri Şurasının sədri Elmar Məmmədyarovun çıxışı, İƏT baş katibinin çıxışı, İƏT-in 2012-ci il Bakı Bəyannaməsinin qəbulu, İƏT mükafatlarının təqdimatı olacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.