525.Az

Qızı vermədiklərinə görə intihar etdi

[16.10.12]
Qızı vermədiklərinə görə intihar etdi<b style="color:red"></b>

Bu gecə paytaxtın Səbail rayonu, 20-ci Sahə yaşayış massivində 22 yaşlı oğlan özünü asıb.

Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Gülbala Əliyev küçəsi dalan 1, ev 5 ünvanında yaşayan 1990-cı il təvəllüdlü Elsevər Şöhrət oğlu İsayev özünü asıb.

Araşdırmalar nəticəsində məlum olub ki, Bakıda qohumunun evində yaşayan Ağdaş rayon sakini E.İsayev internetlə bir qızla tanış olub və onu sevib. Gəncin ailəsi isə qızı E.İsayevə verməkdən imtina edib. Buna dözə bilməyən gənc özünü öldürmək qərarına gəlib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.