525.Az

Azərbaycanlı teleaparıcının toy günü dəqiqləşdi

[16.10.12]
Azərbaycanlı teleaparıcının toy günü dəqiqləşdi<b style="color:red"></b>

Azərbaycanın tanınmış teleaparıcılarından biri olan Zaur Baxşəliyev toy gününü dəqiqləşdirib.

Həmkarı Günay Qələndərli ilə evlənəcək Baxşəliyev bu xoş günü oktyabrın 26-na təyin edib. Say-seçmə qonaqların dəvət olunacağı mərasim paytaxtın dəbdəbəli şadlıq saraylarının birində təşkil olunacaq.

Onu da öyrəndik ki, hazırda Zaur toya dəvətnamələr paylamaqdadır. Amma o da əksər məşhurlar kimi həyatındakı bu əlamətdar günün mediada işıqlandırılmasını əngəlləyəcək. Yəni toya jurnalistlər buraxılmayacaqlar.

Milli.az


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.