525.Az

İlham Əliyev Mahmud Əhmədinejad ilə görüşdü

[15.10.12]
İlham Əliyev Mahmud Əhmədinejad ilə görüşdü<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev İran prezidenti Mahmud Əhmədinejad ilə görüşüb.

525.az-ın  məlumatına görə, görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə Toplantısının önəmi vurğulanıb, bu tədbirin region ölkələri arasında əməkdaşlığın bundan sonra da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.

Dövlət başçıları Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, mədəni sahələrdə inkişafından məmnunluqlarını ifadə ediblər, əlaqələrin iqtisadi, ticarət, o cümlədən, enerji, nəqliyyat və digər sahələrdə genişləndirilməsi üçün yaxşı potensialın olduğunu vurğulayıblar. Xalqlarımız arasında mədəni, tarixi yaxınlığın əlaqələrimizin daha da inkişaf etdirilməsi işinə yaxşı zəmin yaratdığı bildirilib, ölkələrimiz arasında münasibətlərin inkişafının regional əməkdaşlığa töhfəsini verəcəyi qeyd olunub. 

Əlaqələrimizin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini vurğulayan prezidentlər ölkələrimiz arasında ikitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Əhmədinejad sabah keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak üçün Bakıya gəlib. İran prezidentinin Bakıya səfərində onu prezident ofisinin rəhbəri İsfəndiyar Rəhim Maşei, baş müşavir Müctəba Səmərə Haşimi, vitse-prezident Həmid Baqei, Mədəniyyət və  İslami rəhbərlik naziri Məhəmməd Hüseyni müşayiət edir. Bakı səfərinin sonunda İran prezidenti Birinci Asiya Əməkdaşlıq Dialoqunda iştirak üçün Küveytə gedəcək.

 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.