525.Az

Əhməd Davudoğlu: “Xankəndi aeroportunun açılması Dağlıq Qarabağ danışıqlarına neqativ təsir göstərəcək”

[15.10.12]
Əhməd Davudoğlu: “Xankəndi aeroportunun açılması Dağlıq Qarabağ danışıqlarına neqativ təsir göstərəcək”<b style="color:red"></b>

“Xankəndi aeroportunun açılması Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinə neqativ təsir göstərəcək”.

Bu açıqlamanı jurnalistlərə Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu verib.

Xankəndi aeroportunun istismara veriləcəyi təqdirdə Türkiyənin atacağıq addımlarla bağlı sualı cavablandıran XİN başçısı qeyd edib ki, Ankara bu məsələ gündəmə gələn kimi öz mövqeyini açıqlayıb:

“Bu məsələ gündəmə gələn kimi biz bəyan etdik ki, bu addım Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinə mənfi təsir göstərəcək. Ermənistan qeyd olunan addımı atdıqdan sonra biz Azərbaycanla məsləhətləşmələr keçirmişik. Düşünmürük ki, bu addım müsbət nəticə verə bilər, bu, məsələ beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.