525.Az

Paytaxtın 548 küçəsi dezinfeksiya edildi

[01.08.20]
Paytaxtın 548 küçəsi dezinfeksiya edildi<b style="color:red"></b>

Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin strukturlarının tərəfindən paytaxtdakı əsas küçə və prospektlərdə, həmçinin qəsəbələrdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və Daxili İşlər Nazirliyinin 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə artıq 9-cu dəfə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı ümumilikdə 548 küçədə dezinfeksiya işləri görülüb.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, əgər gücləndirilmiş dezinfeksiya işlərinin ilk vaxtlarında orta hesabla gün ərzində 250 küçə dezinfeksiya edilirdisə, artıq kommunal xidmətlərin işinin təkmilləşməsi və Daxili İşlər Nazirliyi əməkdaşlarının səyi nəticəsində bu rəqəm 2 qat artıb.

Qeyd edək ki, Avropanın iri dövlətlərinin heç birində böyük vəsait tələb edən belə genişmiqyaslı tədbirlər sistematik görülmür. Ölkəmizdə bu işlərin həyata keçirilməsi dövlət başçısınin həyata keçirdiyi uğurlu iqtisadi siyasətin nəticəsində mümkün olub.

Görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq davam etdiriləcək.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.