525.Az

Bu meyvə insanı arıqladır

[01.08.20]
Bu meyvə insanı arıqladır<b style="color:red"></b>

Albalı artıq çəkidən qurtulmağa yardımçı ola bilər.

“Report” “Rosbalt”a istinadən xəbər verir ki, bunu diyetoloq-nutrisioloq Olqa Kondratenko bildirib.

Mütəxəssisin sözlərinə görə, albalıdakı B8 vitamini orqanizmdəki maddələr mübadiləsini sürətləndirir. Bundan başqa, albalı azsaylı kalorili giləmeyvədir – hər 100 qramda, təxminən, 52 kalori. O.Kondratenko vurğulayıb ki, albalıda immuniteti möhkəmləndirən xeyli vitamin və mikroelementlər də mövcuddur.

O qeyd edib ki, gündə 2 stəkandan çox olmayaraq albalı yemək olar. Diyetoloqun sözlərinə görə, albalını həddindən artıq yemək köpmə və ishal yarada bilər.


 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.