525.Az

Səyahət həvəskarları yerli səfərlərə üstünlük verir

[01.08.20]
Səyahət həvəskarları yerli səfərlərə üstünlük verir<b style="color:red"></b>

Beynəlxalq səyahətlərin məlum səbəblərdən xeyli azalması müqabilində dünya üzrə səyahət həvəskarları daha çox yerli səfərlərə yönəlirlər.

“Report” “Travel and Leisure”ə istinadən xəbər verir ki, qarşıdakı üç ayda Böyük Britaniyada rəyi soruşulanların 69 faizi, Meksikada 47 faizi, Yaponiyada 45 faizi, ABŞ-da da 40 faizi ölkədaxili səyahətə çıxmağı nəzərdə tutur.

Bununla yanaşı, ABŞ-da xaricə səyahətə çıxmağa hazırlaşanlar cəmi 12 faiz təşkil edir.

Həmçinin altı ölkənin səyahət həvəskarlarının 63 faizi qarşıdakı üç ay ərzində avtomobil səfərinə çıxmağı, 30 faizi təyyarəyə, qalanları gəmiyə minməyi nəzərdə tutur.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.