525.Az

Ali məktəblərə qəbul üçün növbədənkənar beynəlxalq müsabiqələrin sayı azaldıldı

[31.07.20]
Ali məktəblərə qəbul üçün növbədənkənar beynəlxalq müsabiqələrin sayı azaldıldı<b style="color:red"></b>

“Şabıt” Yaradıcı gənclərin beynəlxalq müsabiqəsi üzrə (Nur-Sultan, Qazaxıstan) qaliblərin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu ləğv edilib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”na etdiyi dəyişiklikdə əksini tapıb.

“Şabıt” Yaradıcı gənclərin beynəlxalq müsabiqəsi üzrə (Nur-Sultan, Qazaxıstan) qaliblərin estrada sənəti, xalq çalğı alətləri ifaçılığı və instrumental ifaçılıq (simli və nəfəs alətləri) ixtisaslarına müsabiqədənkənar qəbul hüququ olub.

Eyni zamanda Qəmər Almaszadə adına beynəlxalq rəqs müsabiqəsi (Bakı, Azərbaycan) və Balet artistləri və xoreoqrafların beynəlxalq müsabiqəsi üzrə (Moskva, Rusiya) qaliblərin isə rəqs müəllimliyi ixtisasına müsabiqədənkənar qəbulu hüququ ləğv olunub. Bu beynəlxalq müsabiqələrin qaliblərinin xoreoqrafiya sənəti (sahələr üzrə) ixtisasasına müsabiqədənkənar qəbul hüquq var.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.