525.Az

"İran Dağlıq Qarabağ münaqişəsinə dair bütün qətnamələri dəstəkləyir"

[15.10.12]
"İran Dağlıq Qarabağ münaqişəsinə dair bütün qətnamələri dəstəkləyir"<b style="color:red"></b> İran beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinə dair bütün qətnamələrini dəstəkləyir.

Trend-in məlumatına görə, bu barədə İranın xarici işlər naziri Əli Əkbər Salehi Bakıda jurnalistlərə deyib.

Onun sözlərinə görə, İran həmişə Azərbaycanı dəstəkləyib və onun yanında olub.  Salehi qeyd edib ki, Tehran Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır, həmçinin bütün sahələrdə ölkələr arasında əməkdaşlığın lehinədir.  Qeyd edək ki, Salehi Bakıya İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün gəlib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.