525.Az

Bağdad Amreyev türk dünyasını Qurban bayramı münasibətilə təbrik etdi

[30.07.20]
Bağdad Amreyev türk dünyasını Qurban bayramı münasibətilə təbrik etdi<b style="color:red"></b>

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev türk dünyasını Qurban bayramı münasibətilə təbrik edib.

APA-nın xəbərinə görə, təşkilatın saytında yerləşdirilən təbrikdə deyilir:

“Tarix boyu əsrlərdir qeyd etdiyimiz, ortaq sevinc və xoşbəxtlik günlərimizdən biri olan müqəddəs Qurban bayramını bizlərə gətirən Uca Rəbbimizə minnətdarıq.

Həmrəylik və birlik kimi mənəvi duyğuların gündəmə gəldiyi bu günlərdə türk və islam dünyasında qardaşlıq əlaqələrinin daha da dərinləşəcəyinə və möhkəmlənəcəyinə ümid edirəm.

Bu münasibətlə, türk dövlətlərinin və xalqlarının Qurban bayramını təbrik edir, sağlıq, barış və rifah diləklərimi çatdırıram.

Bayramınız Mübarək Olsun!”


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.