525.Az

Dövlət Rəsm Qalereyasının "+5C" adlı yeni virtual layihəsi davam edir

[30.07.20]
Dövlət Rəsm Qalereyasının "+5C" adlı yeni virtual layihəsi davam edir<b style="color:red"></b>

Azərbaycan Dövlət Rəsm Qalereyasının "+5C" adlı yeni virtual layihəsi davam edir.

Qalereyadan AZƏRTAC-a bildirilib ki, layihənin növbəti proqramı bu gün saat 20:30-da təqdim ediləcək. Sənətsevərlər xüsusi karantin rejimi və sosial izolyasiya şəraitində ilk dəfə Azərbaycan incəsənətini əhatə edən onlayn bilik yarışmasında iştirak etməklə yanaşı, həm də 5 suala cavab verib, hədiyyə də qazana biləcəklər.

Virtual layihəyə Azərbaycan Dövlət Rəsm Qalereyasının instaqram (@azgallery.az) sosial media hesabı vasitəsilə qoşulub, iştirak etmək mümkündür.

Yarışda iştirak etmək istəyən şəxslər qeydiyyat üçün 077-717-33-37 Vhatsap nömrəsi ilə əlaqə saxlaya bilərlər.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.