525.Az

40 il davam edən müharibə başa çatdı

[15.10.12]
40 il davam edən müharibə başa çatdı<b style="color:red"></b>

Filippin hökuməti ilə Moro İslam Qurtuluş partiyası arasında davam edən edən müharibə sona
çatıb.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Filippin hökumət başçısı 3-cü Benigno Aquino ilə Moro İslam Qurtuluş partiyasının rəhbəri El Hac Murad İbrahim arasında Manilada sülh müqaviləsi imzalanıb.

Malayziya 15 ildir ki, ölkədəki münaqişə tərəfləri arasında vəziyyəti tənzimləyə çalışır. Tərəflər arasında imzalanan sülh mərasimində Malayziyanın baş naziri Nəcib Reza, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu və Türkiyənin Manila səfiri Xədicə Pınar iştirak edib. Xatırladaq ki, hökumətlə qiyamçı qruplaşmalar arasında 40 il davam edən qiyamda təxminən 120 min adam həyatını itirmiş, 2 milyon adam evlərini tərk etmək məcburiyyətində qalmışdı.

Nigar Məhərrəm


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.