525.Az

Elmar Məmmədyarov qırğız həmkarını qəbul edib

[15.10.12]
Elmar Məmmədyarov qırğız həmkarını qəbul edib<b style="color:red"></b>

Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Qırğız Respublikasının xarici işlər naziri Erlan Abdildayev ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, Elmar Məmmədyarov qonağı ölkəmizdə salamlamaqdan məmnunluğunu bildirərək Azərbaycan və Qırğız Respublikası arasında ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyini qeyd edib. Nazir həmçinin ölkələrimiz arasında əlaqələrin genişlənməsində yüksək səviyyəli səfərlərin əhəmiyyətini vurğulayıb. 
 
Qırğız Respublikasının xarici işlər naziri Erlan Abdildayev ölkəmizə səfər etməkdən məmnun olduğunu qeyd edib və Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısının yüksək səviyyədə təşkil olunmasına görə təşəkkürünü bildirib. O, ölkəsinin Azərbaycanla ikitərəfli əlaqələri genişləndirməkdə maraqlı olduğunu və ölkələr arasında həm ikitərəfli, həm də regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
 
Görüş zamanı nazirlər İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclasının gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparıblar. 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.