525.Az

Duyğular imperiyası

[04.01.14]
Duyğular imperiyası<b style="color:red"></b>

Həyat Qoşunu

İllər ötdükcə, yazıçılıq peşəsinin - qaynar qalxanlar dəbilqələrlə üstünə hücum edən təcavüzkar Həyat Qoşununun, sudan, qurudan, havadan ötürdüyü amansız həmlələrini dəf edə-edə, yıxılıb, yaralanıbsəngərlərlə sürünə-sürünə, öldürücü qumbara partlayışlarının, düşmən güllələrinin dolusu altında imkan tapıb palçıqlı əllərinlə yaza-yaza, yaralarının qanı axa-axa, hey ha tərəfəsə irəliləməkdən ibarət, məşəqqət iztirablar dolu, əzablı  peşə olduğunu anlayırsan.

Qapı növləri

İsa Məsih: “Döy qapılar üzünə açılacaq”... – deyəndə, pul, vəzifə, ev, maşın xatirinə döyülən qapıları yox, təbiətin qoynundatorpaqda, Göy üzündə,  ağacların, buludların arxasında gizlənən, ayrı növ qapıları nəzərdə tuturdu.          

Kilsə Rahib                    

Təxminən on il bundan əvvəl, söhbət, ailənin yaradıcı fərdə təsirindən düşəndə mən, ailənin yaradıcı fərdə olduğu qədər, yaradıcı fərdin , ailəyə dağıdıcı təsirindən danışmağa başlayanda, Vaqif 1:

Bu, belə deyil. İndi izah edim. – dedi. – Bax, sən, isanların tapındığı müqəddəs məbədsən, kilsəsən. Rövşən 2, bu kilsənin rahibidi. Onun işi, kilsəni qorumaqdı. Şamlarını ara-sıra yandırıb, tozunu almaqdı...

...Onda, Vaqifin bu bənzətməsini, onun, Kainat havalı şair təxəyyülü kimi, qəbul etsəm , bir neçə il sonra insanların, keçmiş həyatlarında kim olduğunun təyinini verən Reinkarnasiya cədvəlində, Rövşənin, həqiqətən , keçmiş həyatında, qədim Rumıniya kilsələrindən birinin rahibi olduğunu oxudum.                          

O dünyanın adamları

Söhbət, sonuncu dəfə yenə o dünyadan, o tərəflərin, bu tərəflərə məlum olmayan sirri-xudasından düşəndə yenə kimsə, dərdli-dərdli köks ötürüb:

O dünyadan qayıdan varmı, bilək, orda baş verir? – deyib, intizar dolu gözlərini naməlum məchulluqlara zilləyəndə:

Bəs biz kimik?.. – dedim. 

Ölüm ocağı                  

Ata ocağımın sonuncu yadigarı, böyük qardaşım İlyasın vəfatından sonra, ata evimin ailəsini bütünlüklə əlimdən almış Ölümün mən tərəfə yön aldığını, ilıq meh axıntısıyla başıma dolanıb, aradabir  dayanıb, səbrlə nəfəs dərdiyini hiss edir, gecələr hamını, səhəri gün görüşəcəyimizə nagüman ümidsizliklə tərk edir, yataq otağıma aparan pillələrə çatdıqda, həyət boyu sıralanan küknarların, Göy üzünün ulduzların, mənim bu halımdan pərvazlanıb vəcdə gəldiyini, bunun, mənə öz Ata qucağını açan, məhrəm Ölüm olduğunu anlayıram...                                                        

Ay Göyünün 3 altında   

Mükəmməl biliyi, bu dünyanı olanların fövqündə görmək qabiliyyəti ilə yaxın həmdərdimə çevrilmiş sevimli bir xanımla ünsiyyətlər zamanı düşdüyüm anlaşılmaz, yöndəmsiz natarzılığın səbəbini, yalnız bu yaxınlarda, bir vaxtlarXəzərüçün çevirdiyim qədim sufi Məhəmməd Əziz əddin NəsəfininZübdət əl-Hakayiq” (Mövcudluğun Sirri) əsərində tapdım:

“...Bil ki, insan xislətinin iki halı var: tarazlıq halı [mütədil] natarazlıq halı. Ay Göyünün altında tarazlıq olmaz. O səbəbdən ki, bu, müştərək [müştərik] 4  ərazidi. Əgər Ay Göyünün altında tarazlıq olsaydı, o zaman, dünya əbədi dəyişməz olardı, heç bir dəyişikliyə uğramazdı.

Bil ki, insan xisləti natarazlığa yalnız üç halda düşə bilir: Yer dünyasının Mərkəzinə çox yaxında olanda, Ondan (Yer dünyasının Mərkəzindən) çox uzaqda olanda, yaxud, Ona, yaxınlıqla, uzaqlığın tən orta həddində olanda”.

Çıxılmazlıqlar dönəmində         

Zaman-zaman, mənə məlum olmayan hansısa səbəblər üzündən, Yazı Ərazimdən sıçrayıb kənara düşdüyüm bu səbəbdən, adiləşib, yazıqlaşıb, miskinləşməyə başladığım ağır çıxılmazlıqlar dönəmində, bir vaxtlar yazıçı olduğum səadət dolu günlərimi anır, məni, vaxtsa, mötəbər Yazı Taxtına aparıb çxaran ilğımlı yolların səmtini, istiqamətini müəyyənləşdirməyə çalışsam da, yaddaşım, kidurət dolu nifrətlə susmağa davam edir. 

Yuxu Ərazisinin sirlərindən

Bu gecə bütün yuxunu, dünyasını dəyişib, torpağa tapşırılsa da, çərçivəsi bilinməyən ekranabənzər uca məchulluqdan öz qəmli həyat hekayətini danışa-danışa ürəyimi kövrəldən ahıl yaşlı bir kişinin arvadınıdəyirmi üzlü, başıkəlağayılı, göyçək kənd qadınını, boğazıma dolan qəhərdən boğula-boğula, günah dolu, gizli həyəcanla ovutmağa çalışsam da, səhər yuxudan ayılanda, bu ər-arvadın kim olduğunu, bütün gecəni canımda duyduğum o günah dolu, gizli həyəcanın olduğunu müəyyən edə bilmədim.       

Nuhun Gəmisi       

Binası, tavanı dörd bir yandan sökülüb dağılan Mərkəzin 5,  il-ildən kasıblaşıb müflisləşdikcə, damı axıdıb, dəhlizlərini su gölməçələriylə doldurduqca, zaman-zaman hardansa, sanki, öz özülündən aldığı gizli təkanlarla dirçəlməsi, sınıq-salxaq otaqlarının, soyuq qış ayları, isti yuvalara, bürkülü yay günləri, sərin hücrələrə çevrilməsi, sakinlərinin həyat eşqinin, pulları azalıb, ehtiyacları artdıqca yüksəlməsi sair ilaxır, bu sirrli ocağın, bizlərin hələ , dərk etmək iqtidarında olmadığımız, mistik qüvvəsindən xəbər verir. Bura daxil olanların, rellıqdan irreallığa, maddilikdən, qeyri-maddiliyə, sufiyanə desək, mülkdən  mələkütə düşdüklərini, özlərində, dünya baxışlarında nələrinsə dəyişdiyini, bura bir vəziyyətdə daxil olub, tərk edən zaman ayrı vəziyyətdə olduqlarını etiraf etməsi, bu dörd bir yanı şüşəli, uzunsov gəmi quruluşlu binanın, dünyanın qarmaqarışıqlığı içrə, heç bir yana çönmədən, heç hara lövbər salmadan, öz kursu üzrə üzməyə davam edən Xilas Gəmisi olduğunu bildirir.

Duyğular Mərkəzi

Bəzən Mərkəzin, sayca az da olsa, məzmunca, hər biri əlahiddə dünyalar olan sakinlərini, simiclik etmədən, hekayə, romanlar əvəzi,  yazıb, arada bir nəşrə verdiyimDuyğular İmperiyasına bənzədirəm.  

Brotiqan dənizində...                 

Dünən idarəmizin ana su borusu partladı mərkəz iki gün susuz qaldı.    Birtəhər pul tapıb, usta çağırdıq. Belə məlum oldu ki, ara-sıra xırda sızmalar partlamalarla, otuz ilə yaxın müddət ərzində işə yarımış boru tamamilə sıradan çıxıb. Əlacsız qalıb, yeni su borusu çəkdirməli olduq. Ustalar işə başlayar-başlamaz, Zakir Fəxri gəldi. Tərcüməsini yenicə bitirdiyi hələ , təsirindən qurtula bilmədiyi Amerika şairi Riçard Brotiqanın şeirlərini, özünəməxsus şair nəfəsiylə oxumağa başladı. biz, su borusunu unudub, aşağı mərtəbələrdən eşidilən laqundanın 6 gurultusu altında, Brotiqan poeziyası dənizində üzməyə başladıq... 

Yeni növ enerji burulğanında 

Vaxtın, zamanın sürət axarıyla bir, ruhumuzda duyğularımızda da, nələrisə dəyişib təzələməkdə, köhnəlmişləri, vaxtı ötmüş nimdaş əşyalar tək, harasa, arxaya atıb, əvəzində, təzələrini yetirməkdə olan yeni növ Enerji Dalğasının, özünü, əbədiyaşar qüvvəsiylə bütün tarixlərin zamanların fövqündə yaşatmış klassiklərə əl yetirdiyinin, oralarda da, nələrisə dəyişib, nələrisə, arxa plana ötürdüyünün, nələrisə, ümumiyyətlə, sıradan çıxarıb, heçliyə qərq etdiyinin şahidi olur, ölməz faciələr boyu axıdılan ədəbi qanların öləzidiyinə, Maqbetin, Topal Teymurun, hətta, İblisin belə, öz bəşəri həqiqətinə sidq-ürəkdən inanmadığına pəjmürdə olmaya bilmirsən.        

Çevrilmə

Son vaxtlar, ən sevimli təamların belə, ağzımda karton dadı dadması, əllərimin, barmaqlarımın, qaz piltəsinin alovundan, bıçaq itiliyindən yaralandığını hiss etməməsi, hamının, yumşaq yorğan-döşəyində uyuduğu soyuq qış səhərləri, isti, işıqlı evimi tərk edib, yalquzaq küləklərin küçə itlərinin ulaşdığı kimsəsiz, qaranlıq çöllü-biyabana qərq olmağım sair, mənim, gizli aramlıqla cisimdən ruha, bərklikdən şəffaflığa, varlıqdan görüntüyə çevrilmək üzrə olduğumu bildirir.                             

İflic xatirələr   

Qəribə olaylardan biri , həyatımın ən faciəvi anlarıiçimdə nələrinsə dağılıb, nələrinsə şahə qalxdığı əziz insan itkilərində, özümü amansız dərdin, ələmin içindən, Qız Qalasından atan tək, çiyinlərinə atdığım adamlardan bəzilərinin, mənim matəmimin miqyasından, yoxsa, hansısa, ayrı səbəbdən yaddaşımda, normal ölçüdən xeyli balaca, qol-qıçları gödək, iflic xəstə obrazlarında qalmalarıdı.  

Bədii ölüm

(“Bu dünyanın Aydın hadisəsiyazısından)               

Aydının qəmli həyat hekayəti, nədənsə, mənə, vaxtsa, oxuyub təsirləndiyim bu günəcən , xatırladıqca, kövrəldiyim bədii əsəri andırır.        

Doğulduğu sıldırımlı Kiş kəndi, ana bətni tək, ilıq Şəki məhrəmliyindən sonra üzləşdiyi cod qanunlu, amansız şəhər həyatı, enişliyoxuşlu ədəbiyyat elm mücadilələləri, bu mücadilələrdə qalxana çevirdiyi parlaq alim zəkası, iti natiqlik qabiliyyəti, maddi sıxıntılar ehtiyaclar dolu, yuxusuz gecələrlə xərclədiyi istedadı, mükəmməl intellekti erudisiyası, ölkənin ağır müstəqillik dönəmində üzə çıxardığı barışmaz vətəndaş mövqeyi, pak, insansevər təbiəti, faciəvi ölümü, basdırıldığı qədim, kimsəsiz Kiş qəbiristanlığı...   

Aydının kədərli həyat hekayətini sona çatdıran, sirlər müəmmalar dolu ölümü , sanki bədii əsər sonluğudu. Bu sonluq, Lev Tolstoyun məşhurSevostopol hekayələriindən birinin axırınıdöyüş zamanı yaxınlıqda partlayan qumbaradan həyatını itirmiş əsgər yoldaşının, hərəsi bir tərəfə uçan qopuq əzalarına baxdıqca, öz ölümündən xəbərsiz beyninin son, ani çaxıntısıyla: “ yaxşı, mən ölmədimdüşünən Kozeltsovun həyat finalını xatırladır. Fərq bircə bundadı ki, burda, yaxınlıqda partlayan qumbaradan ölən , bu ölümü öz gözləri ilə müşahidə edib, özünün , öldüyündən xəbərsiz halda, həyat sevinci ilə ölən , Aydın özüdü...  

1 VaqifVaqif Bayatlı

2. Rövşənmənim həyat yoldaşım

3.Ay GöyüCəhənnəm  ərazisi

4. müştərəkAyaltı ərazi, müstəqil yer deyil, o müllkə (maddi dünya) mələkütə (qeyr-maddi dünya) görə, daim dəyişikliklərə məruz qalır.

5. MərkəzAzərbaycan Bədii tərcümə ədəbi əlaqələr Mərkəzi

Afaq MƏSUD

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.