525.Az

İsveçrə ordusu döyüşə hazırlaşır

[15.10.12]
İsveçrə ordusu döyüşə hazırlaşır<b style="color:red"></b>

İsveçrə hökuməti qonşu Avropa ölkələrində baş verən maliyyə böhranı ilə əlaqədar sərhədləri keçən üsyançıların qarşısını almaq üçün zəruri tədbirlər görüb.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, İsveçrə Avropa ölkələrində baş verən maliyyə böhranına görə baş verəcək münaqişələrin qarşısını almaq üçün addımlar atıb. Ordu ötən aydan etibarən lazımi vəziyyətə gətirilib.

Dekabrda İsveçrənin Baş Qərargah rəhbəri general-leytenant Andre Blattmannın lazım olan strateji məkanlara 600 nəfərlik qoşun göndərilməsini nəzərdə tutan layihəni hökumətə təhvil verəcəyi gözlənilir. Son zamanlar bir çox ölkələrin büdcələrinin aşağı düşməsinə baxmayaraq, İsveçrənin 200 min nəfərlik ordusuna edilən yatırımlarda heç bir azalma nəzərə çarpmır.

Nigar Məhərrəm


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.