525.Az

Təbiət də gələcək qalibləri himayə edir (davamı)

(Tarixi hadisələrə belə rakursdan baxış)


[03.01.14]
Təbiət də gələcək qalibləri himayə edir <b style="color:red">(davamı)</b>

Romalıların İspaniyaya əlavə qüvvə göndərməsi Karfagen sərkərdəsinə ciddi surətdə təsir göstərdi. Hannibal Roma divarları yanında döyüş təklif etməkdən çəkindi düşərgəsini şəhərdən uzaqlaşdırdı. Onun geri çəkilməsinə Romada allahların həyata keçirdiyi möcüzə kimi baxırdılar. Bir qədər sonra, b.e.ə. 207-ci ildə Pireney yarımadasındakı döyüşdə romalılar öldürdükləri qardaşı Hasdrubalın kəsilmiş başını ona göndərdikdə Hannibal demişdi: “Biz Karfagenin taleyini görürük”.

Hannibalın Romaya yürüşü ağır hərbi-siyasi məğlubiyyətlə başa çatdı, baxmayaraq ki, şəhər divarları yanında elə bir ciddi döyüş getməmişdi.

Nəhayət, Roma sərkərdəsi Stsipion qoşunu ilə Karfagendə sahilə çıxandan sonra Hannibal İtaliyanı tərk edib, romalılarla vuruşmaq üçün vətəninə qayıtdı. B.e.ə. 202-ci ildə Zama yaxınlığındakı həlledici döyüşdə karfagenlilər məğlubiyyətə uğradılar. Döyüşdə 20 min karfagenli onların müttəfiqləri həlak olmuşdu, bir o qədər əsir götürülmüşdü. Hannibalın özu döyüş səhnəsindən qaçmağı bacarmışdı.

II Puniya müharibəsi dövründə olduğu kimi, Roma sonralar heç vaxt məhvə belə yaxın olmamışdı. Bu müharibə həmin dövrün iki ən böyük dövlətininKarfagenin Romanındünya ağalığıuğrundakı mübarizəsinə son qoydu. Roma qalib gəldi bu qələbə bütün antik dünyanın taleyini uzun müddət üçün müəyyən etdi. Artıq Aralıq dənizi Roma gölü çevrildi. Dövlət öz vətəndaşlarınaRoma sülhübarədəki fikri möhkəm təlqin edirdi.

Hannibalın Romanı tutmasına iki şey mane olmuşdu, birincisi Kanndakı möhtəşəm qələbədən sonra Romaya ləngimədən hücum etməməsi, digəri isə karfagenlilər Roma qapısında olanda təbiətin ona qarşı sərt üzünü göstərməsi idi. İki gün davam edən tufan leysan yağış Hannibalın onun ordusunun döyüş ruhunu qırmış, onları geri çəkilməyə məcbur etmişdi. Karfagenlilər bunu allahların onlara pis münasibət göstərməsi əlaməti hesab etsələr , təbiət tarixin daha bir dahi sərkərdəsinə öz gücünü göstərə bilmiş, onu öz taleyüklü məqsədindən vaz keçməyə məcbur etmişdi. Təbiət bəlkə az hallarda böyük şəxsiyyətləri sınağa çəkir bu vaxt həm onlara qarşı heç rəhmdillik göstərmir.

                     

Səlibçilərin uğursuzluğu

 

III Səlib yürüşü vaxtı, 1189-cu ildə səlibçilər bir sıra gözləmədikləri problemlərlə üzləşdilər. Alman kralı Müqəddəs Roma imperiyasınınimperatoru Fridrix Barbarossa gəlib çatdıqları ərəb torpaqlarındakı yerli çayda üzəndə batıb öldü. Onun ordusu tezliklə səlibçilərdən ayrıldı. Fransa kralı Filipp II Avqust vətəninə döndü. Bu vaxt xeyli qüvvələrdən məhrum olan İngiltərə kralı Şir ürəkli I Riçard məşhur ərəb sərkərdəsi, Misirin Suriyanın hökmdarı Səlahəddinlə danışıqlar aparmağa məcbur oldu. Səlahəddin həm səlibçilərə qarşıjanmış yertaktikasından istifadə etmişdi. Səlibçilərin bütün iddialarından əl çəkildi. Yeganə təsəlli ondan ibarət idi ki, Səlahəddin xristian zəvvarların Sahibin qəbrini ziyarət etmək üçün sərbəst qaydada Yerusəlimə gəlmələrinə razılıq verdi.

Fridrix Barbarossanın tanımadığı bir ərazidə çayda üzməsi ona öz həyatı hesabına başa gəlmişdi. Təbiətlə təmasda olmamışdan əvvəl onun sirlərinə bələd olunmalıdır. Bu sirlərə məhəl qoymamaq ağır nəticələrə gətğirib çıxarır. Səlibçilər isə ambitsiyaları hesabına bunu unudur ağır haqq verməli olurdular.

              

İlahi küləkadlanan tayfun Yaponiyanı xilas edir 

Təbiətin bir xalqa göstərdiyi mərhəməti, onu yaddellilərin gözlənilən əsarətindən xilas etməsini biz Yaponiyanı işğal etmək üçün Çingiz xan sülaləsindən olan nəvəsi, Çinə hökmdarlıq edən burada özünün yeni Yuan sülaləsini yaradan, böyük Monqol xanı Xubilayın adalar ölkəsinə iki dəfə təşkil etdiyi dəniz yürüşünün ağır uğursuzluğa düçar olmasında görürük. Monqol ordusu Qərbə ya Cənuba olan yürüşlərində heç vaxt məğlubiyyət olduğunu bilməsmişdi, Çingiz xanın imperiyası 33 milyon kvadrat kilometr ya indiki Yerin quru səthinin 22 faizinə bərabər olan bir ərazini əhatə edirdi. Monqol işğalçıları üçün heç bir sədd, maneə yox idi.

1271-ci ildə monqollar Yaponiyaya müdaxilə etmək üçün hazırlıqlar görməyə başladılar. 1274- ilin payızında 25 minlik Monqol Koreya orduları indiki Cənubi Koreyadan gəmilərlə yola düşdü.  Kyusyu adasında sahilə çıxan monqol ordusu yapon müdafiəçilərini geri çəkilməyə məcbur etdi. Lakin qəflətən qalxan tayfun müdaxiləçilərin 200-dən çox gəmisini darmadağın etdi. Sağ qalanlar Cənubi Koreyaya geri qayıtdılar.

Monqollar yürüş üçün ikinci ekspedisiyanı planlaşdırırdılar. 1281-ci ildə iki ayrıca ordu düzəldildi, Şərq ordusu 40 min nəfərə qədər olmaqla Monqol, Şimali Çin Koreya qoşunlarından ibarət idi, ikinci ordu isə Çin generalının başçılığı altında olan 100 min nəfərlik Cənubi Çin qoşunlarından düzəldilmişdi. Hər iki ordu görüşüb, birlikdə Hakatanı tutmaq üçün hücuma keçdilər. Lakin yenidən qalxan dəhşətli tayfun, demək olar ki, bütün müdaxilə edən donanmanı məhv etdi, Çin generalı geri çəkilməyə məcbur oldu. Müdaxilə edən ordunun qalıqları yaponlar tərəfindən əsir götürüldü. Belə deyirlər ki, 140 min müdaxiləçidən yalnız beşdə biri qaçıb canını qurtara bildi.

  Monqol müdaxiləçilərinin məğlubiyyəti yapon tarixində həlledici əhəmiyyətə malik oldu. Bu, Yaponiyanın Çindən XIV əsrə qədər davam edən uzun müddətli izolyasiyasına səbəb oldu. Bununla yanaşı, qələbə milli iftixar hissinə böyük impuls verdi müdaxilə edən düşməni darmadağın edən Kamikadze yaİlahi küləkyaponlara belə bir inam verdi ki, onlar məhz ilahi qüvvənin himayə etdiyi bir xalqdır.

   İkinci Dünya müharibəsinin gedişində, 1944- ildə amerikanlar okeanda havada böyük üstünlüyə malik olduqda yaponlar özünü amerikan aviasiya daşıyıcılarına digər gəmilərə çırpan, könüllü təyyarəçilərin idarə etdiyi təyyarələrdən istifadə etməyə başladılar. 2.500 belə təyyarəçi hazırlanmışdı, keçmiş xilaskar ilahi qüvvənin şərəfinə onlarkamikadzeadlanırdı. Kamikadzelər amerikan gəmilərinə xeyli xətər toxundursalar da, bu vaxt amerikanların itkiləri az deyildi, ABŞ donanmasının böyk qüdrətinə ciddi xələl gətirə bilmədilər. Yeddi əsr əvvəlki təbiətinKamikadzəsindən fərqli olaraq yeni, öləri kamikadzelər Yaponiyanı ilk ən fəlakətli məğlubiyyətdən xilas edə bilmədilər. Yaponiya ərazisi öz mövcudluğu tarixində ilk dəfə işğala məruz qalmışdı. Asiyaya hökmran olmaq istəyənlər indi işğalınləzzətinidadmalı olmuşdular. Amerikan işğal qoşunlarının komandanı general Duqlas Makartur 1945-51-ci illərdə Yaponiya hökumətini əslində idarə etmiş 1951-ci ildə dövət üçün yeni, demokratik tipli konstitusiyanın qəbul edilməsinə nail olmuşdu.

    

İspan Məğlubedilməz

Armadasının məğlubiyyəti

 

Təbiət dünya dövlətinə çevrilmək uğrunda İspaniya ilə İngiltərənin mübarizəsinə müəyyən ölçüdə öz müdaxiləsini etməklə, İngiltərənin güclü dəniz dünya dövlətinə çevrilməsinə şərait yaratmışdı. İspaniya kralı II Filippin ətrafı onu inandırdı ki, İngiltərəyə hücum edib, onu işğal etməklə katolik dünyasının narahatlığına birdəfəlik son qoyulacaqdır. 1587-ci ildə Şotlandiyanın keçmiş katolik kraliçası Mariya Styuartın kraliça I Elizabeti taxt-tacdan devirmək qəsdində iştirakına görə İngiltərədə edam edilməsi Roma Papasının qızğın katoliklər olan ispanların hiddətini daha da gücləndirmişdi mübahisənin tam həlli yalnız müharibədən keçməli idi.

Roma Papası XIII Qreqori hələ 1580-ci ildə elan etmişdi ki, İngiltərə kraliçası I Elizabeti öldürmək heç bir günah əməli hesab edilməməlidir bundan dörd il sonra başqa bir yeretik lider, hollandların ispanlara qarşı müqavimətini təşkil edən Sakit I Uilyam qətlə yetirilmişdi.

Şotlandiya kraliçasının edam edilməsi hadisəsi kral Filipp üçün İngiltərəyə müdaxilə məsələsini daha cazibədar etdi, çünki bu ona ingilis taxt-tacına sahib olmaq imkanı verəcəkdi. İngilis dəniz qulduru, admiral rütbəsinə yiyələnmiş Frensis Dreykin 1587-ci ildə Kadisdə ispan gəmilərini anbarlarını darmadağın edən reydi Filippdə İngiltərəyə hücum etmək qərarını möhkəmləndirdi. Bu hətta Niderlandın tam tabe etdirilməsindən əvvəl baş verməli idi.

1588-ci ilin iyulunda yola düşən İspaniyanın Məğlubedilməz Armadası Finlandiya sahilindən İspan ordusunu götürərək Temzanın mənsəbində sahilə çıxmalı idi. Kraliça Elizabet gözlənilən müdaxiləyə müqavimət göstərmək üçün quru qüvvələrini hazırlayırdı. İspan qoşunları La-Manş boğazından İngiltərəyə müdaxilə etməli idilər.

Armada yola düşəndə Papanın emissarı ilə ispan donanmasının zabiti arasında belə bir söhbət getmişdi: “Əgər siz La-Manşda ingilis armadası ilə qarşılaşsanız, döyüşü udmağı gözləyirsinizmi?”. “Bu çox sadə bir məsələdir. Yaxşı məlumdur ki, biz Allah naminə vuruşuruq. Beləliklə, biz ingilislərlə qarşılaşanda, Allah işləri elə yoluna qoyacaqdır ki, biz gəmiləri (ingilislərinki nəzərdə tutulurmüəllif) tutacaq, onların göyərtəsinə çıxacağıq, həm Allah qəribə bir hava göndərəcəkdir bu, onları ağıldan məhrum edəcəkdir. İspan cəsarəti ispan qaydası ( biz gəmilərimizin göyərtəsində böyük əsgər kütləsinə malik olacağıq) bizim qələbəmizi tam mümkün edəcəkdir. Lakin allah əgər bizə kömək etməsə, onlar bizimkindən fərqli olaraq nisbətən daha uzağı vuran toplara malikdirlər onlar da bizim kimi faydanı necə əldə etməyi yaxşı bilirlər, heç vaxt ümumən bizə yaxınlaşmayacaqlar əgər onlara ciddi xətər toxundurmağa qadir olmasaq, uzaq məsafədə dayanıb bizi öz topları ilə parça-parça edəcəklər”. Beləliklə, kapitan təbəssümlə sözünü başa çatdırdı: “Biz İngiltərəyə tərəf möcüzəyə ümid bəsləməklə üzürük”. Katolik fanatizmi bol xurafatla qarışdırılmış bir düşüncə ispan zabitinin ağlına hakim kəsilmişdi belə ağılsızlıq onun sözlərindən aydın görünür.

Lakin ispanların ümid bəslədikləri möcüzə heç vaxt baş vermədi, dinin fövqəl gücünə ağılsız inamdan yaranan xülya real həyatda öz təsdiqini tapmadı. Hər şey diametral qaydada tərsinə baş tutdu. I Elizabetin donanması Effinqem hersoqu Hauardın başçılığı altında ispanların hücumunu geri oturtdu. İspan donanması ingilislərinki ilə bir neçə dəfə qarşılaşdıqda böyük itki verdi, çox sayda gəmi batırıldı. İspanlar məcburiyyət qarşısında Şotlandiya İrlandiya sahilləri boyunca üzməklə Şimal yolu ilə geri, vətənə qayıtmağa tələsdi. Şotlandiya İrlandiya ətrafı ilə üzəndə qasırğa donanmaya daha böyük zərbə vurdu, onun darmadağın edilməsini başa çatdırdı. İspaniya acı məğlubiyyətlə üzləşməli oldu bu, ispanlar üçün ağır psixoloji zərbə idi. Tufan Məğlubedilməz Armadanı bütünlüklə məhvə sürüklədi. Biabırçı məğlubiyyət hesabına qəm dəryasına qərq olmuş ispan kralı II Filipp şikayətə bənzər qaydada demişdi. “Biz ingilislərlə müharibəyə yollanmışdıq, təbiətlə mübarizəyə yox. Allah bizdən üz döndərdi”.

Filippin başqa bir məqsədi La-Manş boğazını ələ keçirmək idi. Lakin bunun əvəzində 44 ispan gəmisi döyüşdə vətənə dönəndə itirildi, bu donanmanın üçdə birindən çox idi.

Təbiət öz möcüzəsi ilə ispanlara, Filippə deyil, ingilislərə, I Elizabetə böyük köməklik göstərdi onun nəticəsi İngiltərəni qüdrətli dəniz dövlətinə, bunun köməyi ilə böyük imperiyaya, dünya dövlətinə çevirdi. İspaniya isə əvvəlki qüdrətindən məhrum olmaqla, tənəzzül yoluna düşməli oldu onun dünya işlərinə müdaxiləsi, demək olar ki, bundan sonra müşkül br məsələ xarakterini aldı.

(Ardı var)

Telman ORUCOV

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.