525.Az

Velosiped yürüşü keçirilib

[15.10.12]
Velosiped yürüşü keçirilib<b style="color:red"></b>

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Təbiətin dostları” İctimai Birliyinin birgə təşkilatçılığı ilə nəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrin azaldılmasının təbliğ edilməsi məqsədilə velosiped yürüşü keçirilib.

Nazirlikdən 525.az-a verilən məlumata görə, “Təmiz hava naminə” şüarı altında keçirilən aksiyaya 50 nəfərdən artıq velosipedçi qatılıb.

Yürüşün keçirilməsində məqsəd avtomobillərdən atmosferə atılan zərərli maddələrin azaldılmasının təbliği, ictimaiyyətin diqqətini atmosferin mühafizəsinə yönəltmək, mühərriksiz nəqliyyat vasitələrinin təşviqi, əhalinin ekoloji maarifləndirilməsi, həmçinin velosipedin ən təhlükəsiz, ekoloji təmiz nəqliyyat vasitəsi olduğunu əhali arasında populyarlaşdırmaqdan ibarət olub.

BƏXTİYAR


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.